Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində OLACAQ 

Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində OLACAQ 

Hazırda oxunan: Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində OLACAQ 

183205

Nazirlər Kabinetində “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Qaydaya bu anlayışlar əlavə edilir:

- dərman vasitəsinin qeydiyyat tarixi - eyni təsiredici maddə və ya eyni təsiredici maddə kombinasiyalı dərman vasitələrində, həmin təsiredici maddə və ya təsiredici maddə kombinasiyalı bir dərman vasitəsinin Avropa İttifaqında () ilk dəfə qeydiyyata alındığı tarix və ya bu tarixi müəyyən etmək mümkün olmadıqda, həmin təsiredici maddə və ya təsiredici maddə kombinasiyalı bir dərman vasitəsinin məlum olan ilk qeydiyyat tarixi;

- dərman vasitəsinin beynəlxalq qeydiyyat tarixi – yuxarıda nəzərdə tutulmuş dərman vasitələri istisna olmaqla hər hansı bir ölkədə dərman vasitəsinin ilk qeydiyyat tarixi;

- məlumat kilid tarixi - dövri olaraq yenilənən təhlükəsizlik hesabatında verilən məlumatların toplanmasının bitdiyi tarix.

Həmçinin, sözügedən qaydaya edilən dəyişikliklə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri (RİP, DYTH, FSƏD) artıq türk dilində də təqdim ediləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO