Bir çox insanlarda yaş irəlilədikcə əllərin, üzün, qolların dərisində irili-xırdalı qəhvəyi ləkələr formalaşır. Bəziləri bunu yaşlanmanın əlaməti kimi normal qarşılayır, bəziləri isə qorxur, kompleks keçirir və müalicə yolları axtarır.
Bizim.Media dəridə tünd qəhvəyi ləkələrin yaranma səbəbləri və müalicə metodlarını təqdim edir.
Bu ləkələr melaninin normadan çox sintezi nəticəsində meydana gəlir. Bu piqment gözlərə, saçlara, dəriyə rəng verir.
Bəs nəyə görə əvvəl ləkəsiz olan dəridə müəyyən zamand belə ləkələr yaranır?
-Ətraf mühit, iqlim, günəş təsiri - Ultrabənövşəyi şüaların təsiri, solyariy, qaralma melanin sintezini pozur.
-Hormonal disbalans - hamiləlikdə çox qadınlarda bu ləkələr yaranır. Amerika Dermatologiya Akademiyasının məlumatına görə, hormonal statusun dəyişməsi melanodermiyanın- dəridə həddən artıq çox melaninin toplanmasına səbəb olur.
-Bir çox dərmanların əks-təsiri - adətən qeyri-steroid preparatlar, antibiotiklər, tetrasiklin, psixotrop dərmanlar belə ləkələr yaradır.
-Eləcə də dəri travması, iltihabi proseslərdən sonra da ləkələr qalır.
Amma bu ləkələr bir müddətdən sonra gedir.
-Şəkərli diabet - bu xəstələrdə diabetik dermopatiya yaranır.
Həkimlər bildirir ki, ləkərin rəngi, nə dərəcədə tünd olması pasiyentin yaşı və dərisinin tonusundan asılıdır.
Əgər ləkə çox tünd deyilsə, 12 ay ərzində itə bilər.
Müayinə və müalicə
Qəhvəyi ləkələr üçün kosmetola yox, dermatoloqa müraciət olunmalıdır. Diaqnostika üçün xüsusi lampa, böyüdücü şüşə, analizlər, testlər istifadə olunur.
Əgər ləkələrin səbəbi ciddi pozulma, xəstəlik deyilsə, sırf estetik həlli üçün dermatoloq ağardıcı kremlər, mazlar, lazer təyin edə bilər. Tünd ləkələrin aradan qaldırılması üçün impulslu işıq lazerindən istifadə edilir.(medicina.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
05:15 / 10.04.2021
Bədəndə tünd ləkələr niyə yaranır? - Təhlükəli məqam
Hazırda oxunan: Bədəndə tünd ləkələr niyə yaranır? - Təhlükəli məqam
Hazırda oxunan: Bədəndə tünd ləkələr niyə yaranır? - Təhlükəli məqam
17393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.