“COVİD-19-un ABŞ-də qeydə alınan yeni ştammının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu “report.az”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
İnfeksionist yeni ştammla bağlı bildirib ki, yeni “JN1” ştammı “Omikron”un altnövüdür:
“Sələfi olan “Pirola” ştammından yalnız yoluxuculuq sürətinə görə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatı hələlik bu altnövü maraq kəsb edən variant kimi dəyərləndirir. Onun daha ağır xəstəlik halları törədəcəyi təsdiq olunmur. Əksinə, son zamanlar bəzi ölkələrdə yoluxma hallarının sayında artımların olmasına baxmayaraq, ölüm hallarında azalma müşahidə edilir. Virusun bu altnövünün Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur”.
Bizim.Media
- A-
- A
- A+
COP29
14:44 / 27.12.2023
Azərbaycanda COVİD-19-un yeni ştammı yayılıb? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda COVİD-19-un yeni ştammı yayılıb? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda COVİD-19-un yeni ştammı yayılıb? – RƏSMİ AÇIQLAMA
170989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.