Dərmanın da halalı-haramı OLUR?

Dərmanın da halalı-haramı OLUR?

Hazırda oxunan: Dərmanın da halalı-haramı OLUR?

163767

Xəbər verildiyi kimi Səhiyyə naziri Teymur Musayev halal dərman vasitələri haqqında qəbul edilən standartlarla bağlı məsələyə münasibət bildirib. Nazir "Dərman vasitələri haqqında" Qanunun tətbiqi ilə bağlı dərman vasitələrinə dair xüsusi qaydaların hazırlandığını və Nazirlər Kabinetinə təqdim olunduğunu vurğulayıb. 

"Hər kəsi səbirli olmağa çağırıram, çünki yeni qaydalar müasir tələblərə cavab verir. Nəticədə ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsi asanlaşacaq", - deyə Teymur Musayev bildirib.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan professor Adil Qeybullanın sözlərinə görə, halal dərman odur ki, onun tərkibində yalnız şəriətdə icazə verilən heyvanlardan istifadə olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda halal dərman vasitələri SATILACAQ


“Dərman maddələrinin bəzilərində heyvani məhsullar istifadə olunur. Məsələn, heyvanın bağırsağından və digər orqanlarından dərman vasitələri hazırlanır.

Hansı ki, hazırlanan dərman maddələrində icazə verilən heyvanlardan istifadə olunmalıdır. Bilirik ki, yalnız donuz ətinin şəriətdə istifadəsinə icazə verilmir. Ona görə də müsəlman ölkələrində donuz ətindən istifadə etmək olmaz. Halal bu, hesab olunur və dərman qutularının üzərindəki etiketdə də bu barədə qeyd olunur”.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO