İmmuniteti gücləndirən dərman YOXDUR?

İmmuniteti gücləndirən dərman YOXDUR?

Hazırda oxunan: İmmuniteti gücləndirən dərman YOXDUR?

163655

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov qurumun rəsmi “Instagram” səhifəsindəki növbəti canlı yayımda sensasion sayılacaq fikirirlər səsləndirib.O bildirib ki, immuniteti gücləndirən dərman yoxdur:

“Heç kim özünü aldatmasın. Onu kəşf edən olsaydı, ən azı Nobel mükafatı alardı. İmmun sistemini gücləndirən dərman preparatlarının effektini təsdiqləyən insan varsa, onun immun sistemindən anlayışı yoxdur. Bir insanın xəstələnməsinin qarşısını almaq üçün lazım olan pul xəstələndikdən sonra müalicəsinə xərclənən vəsaitdən çox-çox azdır.

Əgər xəstəliklərdən qoruyan, immun sistemini gücləndirən preparat olsaydı, hər birimiz doğulanda o dərmandan bir qutu verərdilər ki, iç və xəstələnmə. Belə bir şey yoxdur”.

Bəs, vitaminlər?

Nazirliyin məsul əməkdaşının bu fikirləri sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. Bir çoxları Tərlan Əyyubovun fikirləri ilə razılaşmayıb. Çünki, ixtiyari birimiz tez-tez Vitamin B, C və digər preparatlardan istifadə edirik. Bundan başqa əksər həkimlər müalicə müddətində immune sistemini gücləndirmək üçün müxtəlif dərman preparatlarını tövsiyyə edir.

Məsələ ilə bağlı tanınmış pediatr Abbas Bağırovun fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, farmokologiyada immunoprotektorlar və yaxud immunostimlyatorlar, immunusupressorlar deyilən dərman qrupları var:

“Bu dərman qrupları həm immun statusunu artırmaq üçün, həm də bəzi autoimmun xəstəliklərdə immun sistemini zəiflətmək üçün istifadə edilir. Yəni dərman vasitəsi ilə immun sisteminin işini modulyasiya etmək olur. Ağır infeksion xəstəliklərdə, xroniki, virus xəstəliklərində, cərrahi əməliyyatlardan sonrakı dövrlərdə sağalmanı tənzimləmək üçün vacibdir ki, immun preparatlarından istifadə olunsun”.

İmmun sistemi deyiləndə nə başa düşülür?

Tanınmış terapevt qeyd edib ki, qanın leykositlərinin müəyyən struktur elementləri var:

“Məsələn, limfositlər. Limfosidlərin miqdarını artırmaq üçün spesifik preparatlar və qeyri-spesifik immunomodulyatorlar var. Yəni immun hüceyrələrinin formalaşması üçün orqanizmə betaqlükan veririk. İkincisi, immun sistemini yaxşılaşdırmaq üçün antioksidantların təsirini tətbiq etmək, vitaminlərin təsirini tətbiq eləmək,bədəndə drenaj funksiyasını yerinə yetirən bədəndəki toksinləri, şlakları xaric edən və ya neytrallaşdıran digər preparatları tətbiq olunur.

Bunlar ikincili olaraq immunsisteminə təsir edir. Bəzi preparatlarımız da var ki, bunlar immun sisteminin struktur elementləridir və onları hazır şəkildə bədənə göndəririk. Bunlar immun sistemini tənzimləyirlər. Yəni immun sistemini dərmanla tənzimləməmək deyə bir şey yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO