İnsultdan ölümlə bağlı QORXUNC STATİSTİKA – Bu bəladan necə qorunmaq OLAR?

İnsultdan ölümlə bağlı QORXUNC STATİSTİKA – Bu bəladan necə qorunmaq OLAR?

Hazırda oxunan: İnsultdan ölümlə bağlı QORXUNC STATİSTİKA – Bu bəladan necə qorunmaq OLAR?

162606

İnsult beyin qan dövranının kəskin pozulmasıdır. Adətən yaşlı insanlarda daha çox müşahidə olunan bu xəstəliyin də yaşı artıq cavanlaşıb. Eyni zamanda insult səbəbindən insan ölümləri də son zamanlar mütəmadi hal alıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, təkcə 2022-ci ildə ölkəmizdə insultdan ölənlərin sayı 6362 nəfər olub.

Bəs bu xəstəliyin artma səbəbləri nələrdir?

Həkim-cərrah Adil Qeybullanın sözlərinə görə, günümüzdə ürək-damar xəstəlikləri ilə yanaşı, insult da geniş yayılıb:

“Əslində elə insult ürək-damar xəstəliklərinin bir qrupudur. İnsultun əsas səbəblərindən biri yüksək təzyiqdir. Bu gün əhalinin əksəriyyətində baş verən oturaq həyat tərzi, çox qidalanmaq, çəki və xolesterin artıqlığı insulta səbəb olan əsas amillərdəndir. Çox qidalanmaq bədəndəki kalori və xolesterinin damarlarda çökməsinə, yüksək təzyiqə gətirib çıxarır. Yüksək təzyiq isə insult və infakta səbəb olur.

İnsultdan qorunmaq üçün nə etməli?

Bunu aradan qaldırmaq üçün kütləvi idman etmək, normal həyat tərzi qurmaq, qidalanmağı və siqareti azaltmaq lazımdır. İnsultun cavanlaşmasına yol vermək olmaz. İnsanlar həyat tərzlərini normallaşdıraraq, az qidalanaraq sağlam qala bilərlər”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO