Avropada koronavirus xəstələrinin sayı 10 faiz artıb - ÜST 

Avropada koronavirus xəstələrinin sayı 10 faiz artıb - ÜST 

Hazırda oxunan: Avropada koronavirus xəstələrinin sayı 10 faiz artıb - ÜST 

161884

Sentyabrın 25-dən oktyabrın 22-nə olan müddətdə dünyada 502 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 4,7 mindən artıq ölüm halı qeydə alınıb. Ümumilikdə, ötən dörd həftə ilə müqayisədə yoluxmaların sayı 42 faiz, ölüm halları isə 43 faiz azalıb. Bununla yanaşı, Cənub-Şərqi Asiyada xəstəliyə yoluxanların sayı 14 faiz, Avropada isə 10 faiz artıb.

Bizim.Media Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülleteninə istinadla xəbər verir ki, son dörd həftə ərzində dünyada koronavirusa 502 234 yoluxma və 4 739 ölüm halları qeydə alınıb. 

ÜST-nin məlumatında qeyd edildiyi kimi, regionlar üzrə yoluxma və ölüm hallarının səviyyəsi müxtəlifdir. Belə ki, həmin dövrdə Cənub-Şərqi Asiya ölkələrində COVID-19-a yeni yoluxmalar 14 faiz, ölüm halları isə təxminən 11 faiz artıb. Avropada xəstəliyə yoluxanların sayı 10 faiz artsa da, ölüm halları 45 faiz azalıb. ABŞ-da xəstəlik 83 faiz, ölüm halları isə 68 faiz azalıb.

Afrikada xəstələnən insanların sayı 67 faiz, vəfat edənlər isə 50 faiz azdır. Şərqi Aralıq dənizi regionunda 11 faiz daha az insan xəstələnib, ölənlərin sayı isə 55 faiz artıb. 
Son dörd həftə ərzində ən çox xəstəlik halları İtaliyada (141 255) qeydə alınıb. Onun ardından Rusiya (83 765), Sinqapur (61 230) Böyük Britaniya (53 280) və Rumıniya (39 585) gəlir. Ən çox ölüm halları isə Hindistanda (1260) qeydə alınıb. Sonrakı yerlərdə İtaliya (560), Rusiya (172), İsveç (138) və Avstraliya (120) qərarlaşıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO