Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Adhanom Gebreyesus gələcəkdə yeni bir pandemiyanın ortaya çıxacağı ilə bağlı xəbərdarlıq edib. ÜST rəhbəri dövlətləri bu istiqamətdə hazırlaşmağa çağırıb.
Bəs, Azərbaycan yeni pandemiyaya hazırdırmı?
MÖVZU İLƏ BAĞLI:
COVID-in beyində yaratdığı fəsadlar ÜZƏ ÇIXDI – “Yaddaş itkisi, depressiya...”
İnfeksionist Mərdan Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, artıq viruslarla yaşamağa öyrəşməliyik:
“İlk pandemiyada heç kim hazır deyildi. Ancaq növbəti pandemiya üçün hər kəs hazırdır. Çünki ciddi təcrübə qazandıq. Koronavirus pandemiyası tüğyan etdiyi ərəfədə müəyyən xəstəxanalar tikildi, modul tipli xəstəxanalar hazırlandı, həkimlər praktiki olaraq virusla mübarizə apardılar. Qısa müddətdə vaksin hazırlandı. İnfeksion nəzarət və maarifləndirmə işlərinin strategiyasını artıq hər kəs bilir”.
Məhərrəm Əliyev, Bizim.Media