Avropada koronavirusun ikinci dalğası komendant saatının tətbiqini gündəmə gətirib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, COVİD-19 ölümlərində kəskin artım ilə qarşılaşan Avropanın iki güclü ölkəsi komendant rejiminə geri dönür.
Cümə günündən etibarən Fransa sakinləri evlərini yalnız iş və ya sağlamlıq problemləri səbəbi ilə tərk edə biləcəklər.
Prezident Emmanuel Macron virusun ikinci dalğasının birincidən daha güclü olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Fransada Covid-19-la bağlı gündəlik ölümlərin sayı aprel ayından bəri ən yüksək səviyyəyə çatıb. Çərşənbə günü ölkədə 36.437 yeni yoluxma faktı qeydə alınıb. 244 nəfər ölüb.
Almaniya Fransa qədər geniş olmasa da karantin tədbirlərini tətbiq edir.
Kansler Angela Merkel bazar ertəsindən restoranların, barların, idman salonlarının və teatrların bir aylıq bağlanacağını açıqlayıb.
Bizim.Media