Boy artıran QİDALAR – SİYAHI 

Boy artıran QİDALAR – SİYAHI 

Hazırda oxunan: Boy artıran QİDALAR – SİYAHI 

153194

Son illərdə gənc nəslin əksəriyyətində boy qısalığı problemi görünməkdədir. Bunu aradan qaldırmaq üçün sonradan müxtəlif cəhdlər edilsə də, əksər hallarda faydasız olur. 

Boya təsir edən bir neçə amil var ki, onlardan biri genetikadır. Genlərlə yanaşı, balanslı qidalanma, aktiv həyat tərzi və keyfiyyətli yuxu vərdişləri də boya təsir edir.

Boy artımı adətən yetkinlik yaşdan bir neçə il sonra başa çatır. Bunun üçün xüsusilə uşaqlıq və gənclik dövründə balanslaşdırılmış qidalanma ilə boy artımını dəstəkləmək mümkündür. Mütəxəssislər bildirir ki, vitaminlər və minerallar böyümənin bütün mərhələlərində vacibdir. Zehni və fiziki inkişafı dəstəkləyən vitaminlər  boy artımına kömək edə bilər.  

Boy uzadan vitaminlər hansılardır? 

Bizim.Media-nın apardığı araşdırmaya əsasən boy artımımına təsir edən vitaminlər və qidalar aşağıdakılardır:
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


Vitamin A- Retinol və retinoik turşu kimi də tanınan A vitamini uşaqlarda boy artımını dəstəkləyən vacib vitaminlərdən biridir.

Antioksidant olan A vitamini hüceyrənin normal böyüməsini və bərpasını dəstəkləyir. Boy uzadan vitaminlər arasında yer alan A vitamini sümüklərin sağlam inkişafı üçün lazımdır. A vitamini ən çox qırmızı ət, yumurta və tam yağlı süd məhsullarında olur. Kök, şirin kartof, balqabaq və bibər, göyərti, narıncı, qırmızı və sarı tərəvəzlər də A vitamini ilə zəngindir.

Meyvələr ərik, manqo, şaftalı A vitamin ilə zəngindir. 

B qrupu vitaminləri olan B1 və B2 vitaminləri uşaqlarda boy uzadan vitaminlər arasındadır. 

B1 vitamini böyümə və inkişafı dəstəkləməkdə mühüm rol oynayır və boy uzamasına kömək edir. Vitamin B12 isə sümük və toxuma sağlamlığını dəstəkləyərək boy artımına kömək edən vitamindir. Düyü, fıstıq və soya B1 vitamini ilə zəngindir. B2 vitamini ilə zəngin qidalara yumurta, balıq, süd və yaşıl yarpaqlı tərəvəzlər daxildir.  

C vitamini - Askorbin turşusu olaraq da bilinən C vitamini sümüklərin və dişlərin güclənməsinə və böyüməsinə kömək edir. 

C vitamininin bədənin təbii kollagen sintezini dəstəkləməsi böyük əhəmiyyət kəsb edir. Bütün bu xüsusiyyətləri ilə boy uzadan vitaminlər arasında C vitamini birinci yerdədir. Sitrus meyvələri, banan və avokado C vitamini ilə zəngin meyvələrdir. Pomidor, kartof və yaşıl yarpaqlı tərəvəzlər də bol C vitamini təmin edən vacib qidalardır.   

Boy artımı üçün vitaminlər dedikdə ağlınıza ilk olaraq D vitamini gəlir. 

Diş və sümük sağlamlığını dəstəkləyən D vitamini genetik olaraq çata biləcəyiniz maksimum hündürlüyə çatmağınızı təmin edə bilər. Vitamin D faydalarına fosfor və kalsium kimi sümük böyüməsi üçün vacib olan mineralların, bədənə effektiv şəkildə qəbul  edilməsinə kömək edir.

Bu şəkildə D vitamini optimal boy ölçüsünə çatmağa kömək edir. Günəş işığı D vitamininin ən əhəmiyyətli qaynağı olsa da, D vitamini ilə zəngin qidaları, xüsusilə də yumurtanı rasionunuza daxil edə bilərsiniz. 

Vitamin F tərkibində çoxlu doymamış yağlar, hüceyrə böyüməsinə və sümüklərin yenidən qurulmasına kömək edən digər komponentlər var. 

Bu xüsusiyyətləri ilə boyu uzadan vitaminlər siyahısında yerini alan F vitamini böyümə və inkişaf prosesini sürətləndirməkdə təsirli olur. Somon və skumbriya kimi dəniz məhsulları F vitamini  ilə zəngin olan qidalardandır.  

K vitamini sümük inkişafına kömək edən zülalların əmələ gəlməsinə və sümük eroziyasının dayandırılmasına kömək etməklə uşaqlarda və yeniyetmələrdə boy artımınına kömək edir.  

Boy artıran vitaminlər hansı qidalarda olur? 

Uşaqlarınızın qidalanma proqramını ən yaxşı boy artıran vitaminlər baxımından zənginləşdirərək, onların həm ümumi inkişafını, həm də boy artımını dəstəkləyə bilərsiniz. Tərkibində boyu artıran vitaminlər olan qidaları aşağıdakı kimi sıralamaq olar. 

Yumurta

Böyümə və inkişaf üçün vacib olan bir çox qidanı ehtiva edir. Xüsusilə zülal və D vitamini ilə zəngin olan yumurtanın tərkibində bir neçə vacib mikroelement var. Bir böyük yumurtanın tərkibində 24,1 mq kalsium, 6,24 q zülal, 1,24 mkq vitamin D, 35,7 mkq folat, 0,513 mkq vitamin B12 var. 

Süd və süd məhsulları 

Boy uzadan vitamin və minerallar arasında önə çıxan kalsium sümüklərin inkişafında əsas rol oynayır. Süd və süd məhsulları kalsiumla zəngin qidalardır. Kələm, pazı və brokoli kimi tünd yaşıl tərəvəzlərdə də kalsium var. Sümük sağlamlığı üçün əhəmiyyətli olan süd və süd məhsulları, tərkibindəki fosfor və maqnezium ilə də böyüməni dəstəkləyə bilər.  

Paxlalı bitkilər 

Quru lobya, noxud və mərcimək kimi paxlalılar son dərəcə zəngin qida qaynaqlarıdır. Həmçinin paxlalı bitkilər D vitamini, dəmir, mis, manqan, maqnezium, sink və fosforla zəngindir. 

Toyuq 

Toyuq zülal baxımından güclü qida olmaqla yanaşı, boyu uzadan vitaminlər arasında olan B12 vitamini baxımından zəngindir. Sümük əmələ gəlməsini və böyüməsini tənzimləyən amin və taurin turşusu ilə zəngindir. Toyuq əti həm də niasin, selen, fosfor və B6 vitamini mənbəyidir, baxmayaraq ki, kəsilmə və bişirilmə üsulundan asılı olaraq dəyişə bilər.  

Yaşıl yarpaqlı tərəvəzlər 

İspanaq, arugula və kələm kimi yaşıl yarpaqlı tərəvəzlər; C vitamini, kalsium, dəmir, maqnezium və kaliumla zəngin qidalar sümük sıxlığını artıraraq böyüməyə kömək edən K vitamini ilə də zəngindir.  

Giləmeyvə növləri 

Moruq, böyürtkən, çiyələk və qaragilə kimi giləmeyvə xüsusilə C vitamini ilə zəngindir ki, bu da hüceyrə böyüməsini və toxuma təmirini təşviq edir və kollagen sintezini artırır. Bu meyvələrdə lif, K vitamini və manqan da yüksəkdir. 

Qızıl balıq 

Omeqa-3 yağ turşuları ilə zəngin olan yağlı balıq olan qızılbalıqda zülal, B vitaminləri, selen və kalium var. Bəzi tədqiqatlar göstərir ki, omeqa-3 yağ turşuları sümük sağlamlığını dəstəkləyir.  
Qeyd edək ki, yuxarıda sadalanan vitaminlər genetik fonda mövcud olan boy potensialına çatmağın açarı ola bilər. Mütəxəssislər sözügedən vitamin və mineralların çatışmazlığı halında həkimlə məsləhətləşib vitamin əlavələrindən istifadə edə, beləliklə də optimal böyüməni dəstəkləyə bilərlər. 

Röyanə Oğuz, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO