Səhiyyə Nazirliyindən uşaqlar arasında yayılan virusla bağlı XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən uşaqlar arasında yayılan virusla bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Səhiyyə Nazirliyindən uşaqlar arasında yayılan virusla bağlı XƏBƏRDARLIQ

152814

Qarşıdan payız fəsli gəlir və havalar getdikcə soyumağa başlayır. Bu dövr xüsusilə də uşaqlar üçün təhlükəli keçir və bir çox viruslar özünü göstərir. Bu viruslar tədris ili müddətində orta məktəblərdə özünü ciddi şəkildə göstərir. Hətta bu günlərdə yayılan məlumatlara görə, bəzi yerlərdə azyaşlılar arasında üst tənəffüs yolları viruslarına yoluxmaların sayı artıb.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov bildirdi ki, oktyabrın ayından etibarən, qış boyunca havaların soyuması ilə üst tənəffüs yolları virusları artmağa başlayır: 
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusun yeni variantı YAYILIR  


“Bunun ən bariz nümunəsi qrip virusudur. Bunlardan qorunmaq üçün ilk növbədə şəxsi gigiyenaya və sosial məsafəyə riayət etmək lazımdır. Digər tərəfdən hər hansı şəxsdə öskürək, asqırmaq və s. şikayətlər varsa, həmin şəxsin yoluxduruculuğunun azalması üçün maskadan istifadə etməsi tövsiyə olunur”. 

Həkim qeyd etdi ki, uşaq xəstələnərkən ev şəraitində ilk profilaktik yardımlar göstərilməlidir:

“Belə ki, uşaqda hansısa əlamət, yəni burun axması, öskürək, yüksək hərarət hiss olunarsa, valideynin onu məktəbə göndərməsi tövsiyə olunmur. Çünki başqa uşaqlar da yoluxa bilər. Ev şəraitində bu əlamətlərdən hansısa olsa, qızdırmasalıcıdan və ya, bol mayedən istifadə edə bilərlər. Burun tutulması varsa, bunun üçün olan dəniz suyundan profilaktik tədbir kimi istifadə olunması tövsiyə edilir, yəni burun yuyula bilər. Bundan əlavə, dərmanlar yalnız həkim tərəfindən yazılmalıdır. Yəni, həkim müayinəsi olmadan dərmanların qəbulu xüsusən antibiotikdən ev şəraitində istifadə etmək olmaz”. 

Onun sözlərinə görə, qripdən qorunmağın ən effektiv yolu, ona qarşı peyvəndin vurulmasıdır: 

“Peyvənd 6 aydan böyük bütün uşaqlara vurula bilər. İlk dəfə vurulursa, bir ay ara ilə 2 doza vurulmalıdır. Əgər daha əvvəl, yəni ötən il vurulubsa, tək doza kifayət edir”.

Hazırda ölkədə hansısa virus yayılmaqdadır və bunlara qarşı hansı profilaktik tədbirlər görülür?

Bu sualı cavablandıran pediatr bildirdi ki, bir neçə gün əvvələ qədər mədə-bağırsaq virusları ön planda idi:

“Amma çox yayılmayıb. Uşaqlar bir-biri ilə çox ünsiyyətdə olurlar. Bir də insanlar əsasən dəniz kənarında, hovuzlarda bir-birləri ilə çox təmasda olurlar və bu baxımdan da bu cür viruslar yayıla bilir. Amma hazırda əvvəlki illərdən fərqli olaraq yeni bir vəziyyət müşahidə etmirik”.


Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO