Son 6 ayda 5 min nəfərə yaxın şəkər xəstəsi qeydiyyata ALINIB – RƏSMİ 

Son 6 ayda 5 min nəfərə yaxın şəkər xəstəsi qeydiyyata ALINIB – RƏSMİ 

Hazırda oxunan: Son 6 ayda 5 min nəfərə yaxın şəkər xəstəsi qeydiyyata ALINIB – RƏSMİ 

146639

Bu ilin 6 ayı ərzində ölkə üzrə 53 hemodializ mərkəzində 3896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunur.

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib. 

O qeyd edib ki, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya xəstəliyi, dağınıq skleroz xəstəliyi üzrə Dövlət Proqramlarının icrası ilə əlaqəli fəaliyyət aparılıb. 

"Hazırda şəkərli diabet xəstəliyi registrində 284 656 xəstə qeydiyyatdadır və Dövlət Proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar. 2023-cü ilin 6 ayı ərzində 4839 yeni xəstə qeydiyyata alınıb.
Dağınıq skleroz xəstələrinin registrində olan xəstələrin sayı 2001-dir. Onlardan 675 xəstə beta-interferon (avoneks), 300 xəstə isə mitoksantron preparatı ilə təmin olunur. 2023-cü il yanvar-iyun ayları ərzində 34 yeni xəstə qeydiyyata alınıb".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO