TƏBİB:

TƏBİB: "Azərbaycanda pasiyentlər həkimləri çox az gözləyirlər"

Hazırda oxunan: TƏBİB: "Azərbaycanda pasiyentlər həkimləri çox az gözləyirlər"

146624

“Dövlət tibb müəssisələrində həkimlər 6 saat çalışır”.

Bizim.Media xəbər verir ki , bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“İxtisaslı həkimlərin maaşı 3 dəfə artıb” – TƏBİB  


Onun sözlərinə görə tibbi müayinənin növündən və xüsusiyyətlərindən asılı olaraq iş günü həddi 15-35 pasiyent arasında dəyişir:

"Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır. Avropa ölkələrində pasiyentlər hətta həkimləri 30 günə qədər gözləyirlər. Ona görə də ölkəmizdəki gözləmə müddətinə öyrəşmək lazımdır. 

Sığortaolunanlara tibbi yardımın göstərilməsi ixtisaslaşdırılmış ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, koxlear protez cihazı ve endoprotezin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq  gözləmə müddəti ərzində həyata keçirilir".

Leya Lətifova əlavə edib ki, həkimlərimiz orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayırır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO