"Uşaqlara soyuq və qazlı su vermək olmaz" - Pediatr

Hazırda oxunan: "Uşaqlara soyuq və qazlı su vermək olmaz" - Pediatr

145958

“Təbii üsulla hazırlanan dondurmalar uşaqlar üçün zərərli deyil. Bəzən maye hissəsi çox olan dondurmanı buz kimi qəbul edirik”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.

O bildirib ki, buzlu dondurmalar boğaza zərər verərək öskürməyə səbəb ola bilər:

“Belə olanda bəzi bakteriyaların inkişaf etməsinə münbit şərait yaranmış olur. Avropa ölkələrində 2-3 yaşından dondurma yeməyə başlayırlar. Orqanizmi də buna qarşı immuniteti varsa, problem olmur. Ümumilikdə isə soyuq və qazlı su içkiləri uşaqlara qəti tövsiyə olunmur. Yay mövsümündə tərləmə çox olduğundan və su itkisi səbəbindən maye qəbulu məsləhətdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO