Günəş vannasını necə qəbul etməli? - Həkimdən XƏBƏRDARLIQ

Günəş vannasını necə qəbul etməli? - Həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Günəş vannasını necə qəbul etməli? - Həkimdən XƏBƏRDARLIQ

145465

Günəş şüalarının tərkibindəki ultrabənövşəyi (A, B, C) və görünməyən işıqlar faydalı olduğu qədər, həm də ciddi zərər verə bilir.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.

Mərkəzin tabeliyində fəaliyyət göstərən poliklinikalardan birinin mütəxəssisi Yeganə Cəfərovanın sözlərinə görə, bu şüalar dəri xərçəngi və ya dərinin vaxtından əvvəl yaşlanmasına da səbəb olur:

“Günəş vannası qəbul etməyin də öz qaydaları var. Belə ki, günəşlənmədən öncə Günəş şüalarının zərərinə qarşı iki saatdan bir  SPF (25, 50, 100) kremlərindən, günəşlənmə bitdikdən sonra isə nəmləndirici kremlərdən istifadə edilməlidir. Günəşdən qoruyucu kremlərdən istifadə edərkən üz və bədən üçün fərqli SPF kremlər seçilməlidir. Üz üçün SPF kremlər çeşidli antioksidantlar və dərinin yaşlanmasına qarşı olan xüsusi qatqılardan hazırlanır. Bu kremlərdən istifadə edərkən üz dərisinin xüsusiyyəti - həssas və ya yağlı cild olması nəzərə alınmalıdır”.

Günün hansı saatlarında Günəş vannası qəbul etmək olar?

“Günəş vannası qəbul edilməsi zamanı günün müəyyən saatına diqqət etmək şərtdir. Məsələn, saat 12:00-15:00 arası Günəş şüaları qəbul etmək məsləhət deyil. Çünki bu saatlarda Günəş şüaları düz bucaq altında düşür və bu səbəbdən şüalanma dəriyə kanserogen və yaşlanma təsiri göstərir. Lakin saat 12:00-dək və 15:00-dan sonra Günəş şüaları atmosferdən yerə yayılır, bu zaman isə ultrabənövşəyi (B və C) şüalar daha az zərərli olmağa başlayır. Buna baxmayaraq, bu saatlarda da Günəş şüalarının zərərli təsirlərindən qorunmaq üçün SPF kremlərdən istifadə edərək günəşlənmək tövsiyə olunur”.

Əgər günəşləndikdən sonra dəri soyulmağa başlayırsa, bu, düzgün olmayan və keyfiyyətsiz Günəş şüalanmasının təsirindən baş verir. Bu özü də dərinin birinci dərəcəli yanıq travması alması anlamına gəlir. Bu tip yanıqlar bəzən dəriyə su toplayır, bəzən isə dəridə su toplamamaqla təzahür edir.
Beləliklə, müxtəlif qoruyucu kremlərdən istifadə etdikdə və düzgün saatlarda Günəş vannası qəbul etdikdə doğru günəşlənmə baş verir və bu zaman yaranan dəri rəngi bir növ Günəşdən qorunma mexanizminə çevrilir. Əgər dəri tamlığını itirib bu mexanizmdən çıxarsa, orqanizm artıq bu şüalardan zərər görməyə başlayır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO