“Karantin rejiminin ləğv edilməsi Nazirlər Kabinetinin qərarından aslıdır. Qərar qəbul edilsə, ölkəmizdə də karantin rejimi olmayacaq. Lakin koronavirusa yoluxan xəstə sayı az olsa da, yoluxma halları davam edir və xəstəlik mövcud olaraq qalmaqdadır”.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.
TƏBİB rəsmisi bildirib ki, koronavirus xəstələrinin müalicəsi üçün tikilən modul tipli xəstəxanaların TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin nəzdində ehtiyac olan sahələr üçün istifadəyə verilməsinə dair layihələr hazırlanıb. Müvafiq razılaşdırmadan sonra fəaliyyəti dayandırılan digər modul tipli xəstəxanaların təyinatı dəyişdirilərək ehtiyacı olan sahələr üzrə istifadə olunacaq.
İcraçı direktor deyib ki, tibb müəssisəsində koronavirus xəstələrinin müalicəsi davam etdirilir.
Qeyd edək ki, TƏBİB-in təşkilatçılığı ilə ilk dəfə olaraq dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilib. Simpoziumda 14 ölkədən 100-dən çox həkim və mütəxəssis təmsil olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media