Boynunu “xırçıldatmaq” bu xəstəliklərin əlamətidir – Həkimdən XƏBƏRDARLIQ

Boynunu “xırçıldatmaq” bu xəstəliklərin əlamətidir – Həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Boynunu “xırçıldatmaq” bu xəstəliklərin əlamətidir – Həkimdən XƏBƏRDARLIQ

138118

Statistik göstəricilərə görə, insanlarda əksər xəstəliklərin əsas yaranma səbəbi oturaq həyat tərzidir. Oturaq iş rejimi, işdən sonra saatlarla televizorun və kompüterin qarşısında vaxt keçirmək, bütün texniki avadanlıqların pultla idarə olunması bizləri oturaq həyat tərzinə öyrəşdirir desək, yanılmarıq. 

Xüsusilə onurğa xəstəlikləri bu halda ən geniş yayılanlardandır. Lakin bir çoxları vaxt azlığından və ya səhlənkarlıqları ucbatından yalnız xəstəliklərinin ən ağır formasında həkimə müraciət edirlər.

Bəs hansı halda vəziyyəti ciddi qəbul edib, həkimə müraciət edilməlidir?

Bizim.Media xəbər verir ki, həkim-fizioterapevt Ramin Quliyev bu barədə detalları açıqlayıb. 

Onun sözlərinə görə, boyunda baş verən ağrılar, tez-tez edilən “xırçıltı”lar onurğa problemlərindən xəbər verir:

“Boyun onurğanın ən vacib və hərəkətli hissəsidir. Boyuna düşən gündəlik yük də çoxdur. Boyunda 7 onurğa fəqərəsi var, məhz burdan magistral damarlar, yuxu arteriyaları, vacib sinir kökləri keçir. Ona görə boyunda ən kiçik problem onurğa və baş beyin üçün ciddi nəticələr verə bilər. Boyun həm də incə hissədir, ona görə onunla ehtiyatlı davranmaq lazımdır. Xırçıltı 2 cür olur: ağrılı və ya ağrısız. Ağrısız xırçıltı bu hallarda olur: 

1. Boynunu həddən artıq çox hərəkət etdirənlərdə;

2. Arıq insanlarda kalsium mübadiləsi pozulmasında;

3. Boynun əzələ və bağ aparatına duz yığılmasında - döndərici və əyici əzələnin spazmı;

4. Döş qəfəsində əyilmə, skolioz, kifoz zamanı boyun fəqərələrinin qeyri-düzgün yerləşməsi;

5. Oynaqətrafı mayedə azot qabarcıqları və karbon oksid qazının çox yığılması”.

Həkim həmçinin başı sağa-sola əyərkən və ya boynu çevirərkən ağrılı xırçıltının səbəblərini də açıqlayıb:

“Sözügedən hal ağrılı olarsa, daha mürəkkləb patologiyalardan xəbər verir. Bu, ostexondroz, fəqərə yırtığı, spondilyoz, boyun əzələlərinin, damarlarının müxtəlif xəstəliklərindən qaynaqlana bilər. Ostexondroz zamanı boyun fəqərələri zədələnir, sıxılır, formasını dəyişir, amortizator rolunu itirir və sinirlər, damarlar sıxılır. Bu zaman boyun xırçıldayan zaman ağrılı olur və ağrı qola verir. Xəstədə bağ ağrısı, ayaqlarda hissiyatsızlıq, keyimə, başgicəllənmə də olur. 
 

Müalicə zamanı ilk növbədə yuxarıdakı səbəblər araşdırılmalıdır. Əgər xırçıltı müvəqqətidirsə, fizioloji haldırsa, heç bir müalicə tələb olunmur. Sadəcə xəstə boynuna düşən yükü azaltmalı, arada əzələləri rahatlatmalı, yüngül masaj, boyun hərəkətləri etməlidir. Bu problemin müalicəsi ilə həkim vertebroloq, manual terapevt, nevroloq və fizioterapevt məşğul olur”.


R.Quliyev həmçinin ən doğru müalicə üsulunun kompleks şəkildə aparılman olduğunu diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO