ÜST: COVID-19-la bağlı ölümlər 30% azalıb

ÜST: COVID-19-la bağlı ölümlər 30% azalıb

Hazırda oxunan: ÜST: COVID-19-la bağlı ölümlər 30% azalıb

134414

Aprelin 3-dən 30-dək dünyada təxminən 2,8 milyon insan koronavirus infeksiyasına yoluxub, 17 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 30%, yoluxmaların sayı 17% azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 2 779 198 yoluxma halı və 17 459 ölüm halı qeydə alınıb.

28 gün ərzində ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb – müvafiq olaraq 392 480 və 5 263 nəfər.

Mayın 3-nə pandemiyanın başlanğıcından bəri dünyada 765 222 932 koronavirusa yoluxma və 6 921 614 ölüm qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO