Koronavirusun yeni mutasiyası aşkarlandı

Koronavirusun yeni mutasiyası aşkarlandı

Hazırda oxunan: Koronavirusun yeni mutasiyası aşkarlandı

12506

Alimlər COVID-19-un daha bir təhlükəli mutasiyasını tapıblar.

Bizim.Media “MedikForum”a istinadla xəbər verir ki, Finlandiyada vaksinlərin effektivliyini zəiflədən, koronavirusun mutasiya olunmuş Cənubi Afrika versiyasına oxşar yeni ştamm peyda olub.

 

MÖVZU İLƏ BAĞLI:

Covid-19 havalardan asılıdır - Alimlərin fikrincə...


Finlandiya alimləri koronavirusun digər təhlükəli ştamlarla ümumi mutasiyalara malik olan başqa bir variantını kəşf etdiklərini bildirirlər. 

Hələlik “Fin-796H” adlandırılan yeni koronovirus növü bu yaxınlarda aşkarlanıb. Ekspertlər onun hələ ki, bir o qədər də geniş yayılmasına əmin deyillər. Finlandiyada yoluxma hallarının çox aşağı səviyyədə olması baxımından sözügedən mutasiyanın məhz bu ölkədə yaranması alimlərdə şübhələrə səbəb olub. 

Skandinaviya ölkəsində pandemiya başlayandan bəri cəmi 51 min yoluxma halı və təxminən 700 ölüm hadisəsi qeydə alınıb.

Bu kəşfi edən fin tədqiqatçıları yeni ştammın Britaniya və Cənubi Afrika ştammları ilə bəzi ümumi mutasiyalara və özünəməxsus unikal kombinasiyalara malik olduğunu vurğulayırlar. 

Bununla yanaşı, onlar fin versiyasının tərkibində hansı mutasiyaların olduğunu izah etmirlər.

Ancaq “Fin-796H” versiyasının vaksinlərin effektivliyini zəiflətməsi baxımından onun Cənubi Afrika ştammı ilə oxşarlığını ehtimal etmək olar. Cənubi Afrika Respublikasının (CAR) hökumət orqanları məhz bu səbəbdən “AstraZeneca” əczaçılıq şirkətinin vaksinlərindən istifadə etməkdən imtina edirlər.

Bununla yanaşı, Britaniya alimləri israr edirlər ki, koronavirusun yeni variantlarının əmələ gəlməsi təlaşa əsas vermir. Bu patogenin mutasiyaları bütün oxşar viruslar üçün tamamilə təbiidir və indiki mövcud vaksinlər mutasiyalara qarşı qorunmanı təmin etməlidir.

Məsələ ilə bağlı “The Daily Mail” qəzeti yazır ki, əgər biz qrip virusuna nəzər yetirsək, onda hər il yeni vaksinlər kəşf etməliyik. Çünki, qrip də daim mutasiyalara məruz qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO