Bu gün COVİD-19-un Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmasının 3 ili tamam olur. Bu vaxtadək 680 milyondan artıq insan bu xəstəliyə yoluxub. Onlardan 6 milyon 815 min 308 nəfər həyatını itirib.
Son vaxtlar yoluxma səngisə də ÜST pandemiya ilə bağlı qadağaların ləğv edilməsi barədə hələ düşünmür. Bu barədə ümidverici açıqlamalar verilsə də “pandemiya bitdi” kəlmələri eşidilmir. Bunun da bir sıra səbəbləri var.
1-ci, pandemiyaya qarşı mübarizəyə görə əksər dövlətlər hər ay ÜST-ə maddi dəstək verir. Məhz bu dəstəyi itirməmək üçün təşkilat pandemiyanın “uzanmasında” maraqlı idi.
2-ci, pandemiya bir sıra iri dövlətlərin işinə yarayır. Məsələn, ABŞ, Çin və Rusiya kimi fövqəladövlətlərlə yanaşı bir sıra Avropa dövlətləri COVİD-19-dan böyük iqtisadi dividentlər əldə etdilər.
3-cü, pandemiya böyük dövlətlərə imkan verdi ki, inkişaf etməkdə olan dövlətləri durdursunlar. Təsadüfi deyil ki, dünyanın əksər dövlətləri 2019-cu ildəki ÜDM-ni bərpa etmək üçün dəridən-qabıqdan çıxırlar.
4-cü, pandemiya yeni istehsal sahələrinin yaranmasına və fantastik dövriyyələrə səbəb oldu. Pandemiyaya qarşı vaksin hazırlayan şirkətlərin qazancı 10 rəqəmlərlə ifadə olunur.
5-cı, pandemiya yeni siyasi texnologiyanın uğurunu təsdiqlədi. Bəlli oldu ki, dünyanın 8 milyarlıq əhalisini çox asanlıqla idarə etmək olarmış. Ona görə də yəqin ki, növbəti illərdə bu idarəetmənin yeni trendlərini görəcəyik.
Bütün bunlar onu göstərir ki, 3 il bundan qabaq verilmiş qərar sosial yox, sırf siyasi qərardır.
Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyev də Bizim.Media ilə fikirlərini bölüşüb. O, bildirib ki, COVİD-19 əvvəlcədən planlaşdırılmış bir aksiya idi:
“Çox təəssüf ki, bu siyasi aksiyanı səhiyyə müstəvisinə keçirdilər. Məlum olduğu kimi pandemiya o zaman elan olunur ki, dünya əhalisinin ən azı 10 faizi bu xəstəliyə yoluxmuş olsun. Amma ÜST böyük dövlətlərin təzyiqi ilə heç bir milyon yoluxma olmamışdan bunu pandemiya elan etdi.
Pandemiya Çində baş qaldırsa da bundan ən az itki ilə çıxan da elə bu ölkə oldu. Bundan əlavə pandemiya dövründə Çin iqtisadi artıma görə dünyada birinci yerə çıxdı. Pandemiya dövründə Çin Afrikanın yarısına nəzarəti ələ keçirdi. Bir sıra Afrika dövlətlərinin borclarını satın alan Çin pandemiya dövründə Avropaya da ayaq açdı. İndi də Avropa dövlətlərinin borcunu alır. Hazırda ABŞ-ın xarici borcları 10 trilyonlarla ölçülür. Bunu qapatmaq da mümkün deyil. Amma pandemiya dövründə bu ölkənin etdiyi manevrlər xarici borcları azaltmasa da bir çox sahələrdə yüksək gəlirlərin əldə edilməsinə səbəb oldu. Böyük Britaniya, İspaniya, İtaliya və Fransa kimi dövlətlər COVİD-dən çox yaxşı yararlandılar”.
Politoloq təəssüflə qeyd etdi ki, karantin dövrünü 2024-cü ilə qədər uzadılması gözlənilir:
“Çünki, superdövlətlər hələ hədəflərinə tam çatmayıblar. Ona görə də pandemiyanın başa çatdığını elan etməyə ÜST hələ tələsmir. Çünki, pandemiyadan bu təşkilat da yaxşı qazanır. Üstəlik, ÜST böyük dövlətlərin əlində bir alətdir. Onlar hansı havanı çalsa, bu təşkilat da onu oynayır. Bir sözlə, COVİD-19 çox nəhəng iqtisadi-siyasi layihədir. Ona qalsa pandemiya elan edildiyi vaxtdan 3 il keçib, amma hələ dünya əhalisinin heç 7-8 faizi bu xəstəlyə yoluxmayıb”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
COP29
15:45 / 11.03.2023
COVİD-19-un pandemiya elan olunmasından 3 il keçdi – Həyatımızda NƏLƏR DƏYİŞDİ?
Hazırda oxunan: COVİD-19-un pandemiya elan olunmasından 3 il keçdi – Həyatımızda NƏLƏR DƏYİŞDİ?
Hazırda oxunan: COVİD-19-un pandemiya elan olunmasından 3 il keçdi – Həyatımızda NƏLƏR DƏYİŞDİ?
124977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.