“Gözləməkdənsə, pul ödəyib vaksin vurdurardıq” - Özəl klinikalara niyə etibar edilmir?

“Gözləməkdənsə, pul ödəyib vaksin vurdurardıq” - Özəl klinikalara niyə etibar edilmir?

Hazırda oxunan: “Gözləməkdənsə, pul ödəyib vaksin vurdurardıq” - Özəl klinikalara niyə etibar edilmir?

11912

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ikinci mərhələsi davam edir. Yaşı 65-dən yuxarı şəxslər və vətəndaşlarla daha çox təmas halında olan tibb işçiləri və polislər vaksinasiya edilib.

Rəsmilər bildirirlər ki, hər şey “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun aparılır.

Ancaq ölkədə bəzi vətəndaşlar düşünürlər ki, proses ləng gedir, növbənin onlara çatması bir neçə ay çəkə bilər. Onların fikrincə, proses sürətləndirilməli və özəl klinikalar da bu işlərdən kənarda qalmamalıdır. 

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin əməkdaşı Elvin Hacıyevlə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında “Peyvəndlənmə prosesi”nin mərhələli şəkildə getdiyini dedi.
 

MÖVZU İLƏ BAĞLI:

“Koronadan sağalan şəxslərdə psixi-zehni pozğunluq yarana bilər” – EKSPERT


Onun sözlərinə görə, əhali peyvənd üçün özəl klinikalara müraciət edə bilməz, çünki vaksinasiya yalnız dövlət poliklinikalarında həyata keçirilir. 

Qurum rəsmisi vurğuladı ki, özəl klinikalarda vaksinasiya prosesinin gələcəkdə nəzərdə tutulub-tutulmayacağı ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək:

“Risk qrupuna aid olmayan şəxslərə peyvəndin vurulması qadağandır. Əgər hansısa bir tibb müəssisəsi kənar bir şəxsə peyvəndi satarsa və ya vurarsa, müəyyən məsuliyyət nəzərdə tutulub. Buna nəzarət edən qurumlardan biri də Səhiyyə Nazirliyidir”.

Özəl kilinikada çalışan Aygün Əliyeva isə peyvənd vurdurmaq istəyən şəxslərin onlara da müraciət etdiyini bildirdi:

“Peyvəndin olmadığını həmin şəxslərə izah edirik”.

Adını açıqlamaq istəməyən vətəndaş isə səhhətində heç bir problemin olmadığını, lakin işi ilə bağlı tez-tez səfərlərə çıxdığı üçün vaksin vurdurmaq istədiyini qeyd edib. 

O, hesab edir ki, vaksinasiya dövlət tibb müəssisələri ilə yanaşı, özəl xəstəxanalarda da aparılsa, çox yaxşı olar:

“Gözləməkdənsə, pul ödəyib vaksin vurdurardıq, çünki mən normal həyata qayıtmaq istəyirəm".

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO