Koronavirus simptomları vaxtı bu dərmanları qəbul etməyin – Həkim məsləhəti

Koronavirus simptomları vaxtı bu dərmanları qəbul etməyin – Həkim məsləhəti

Hazırda oxunan: Koronavirus simptomları vaxtı bu dərmanları qəbul etməyin – Həkim məsləhəti

11911

Son zamanlar iddia olunur ki, koronavirus simptomları vaxtı hidroksixlorokin, ibuprofen, nurofen və iltihab əleyhinə olan digər dərmanları qəbul etmək olmaz.

Mütəxəssislər iddia edirlər ki, tədqiqat zamanı xəstələr həmin preparatı qəbul etdikdə özlərini yaxşı hiss etmir və yaxud da vəziyyətləri getdikcə ağırlaşır. Bu da onu göstərir ki, həmin bu preparatlar koronavirus xəstəliyinə qarşı təsirsizdir.

Mövzu ilə bağlı həkim-terapevt Novruz İsmayılovun münasibətini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında hidroksixlorokinin antimalarial və reseptlə alınan, parazitləri öldürərək malyariyanı müalicə edən bir dərman vasitəsi olduğunu dedi.
 

MÖVZU İLƏ BAĞLI:

“Koronadan sağalan şəxslərdə psixi-zehni pozğunluq yarana bilər” – EKSPERT


Onun sözlərinə görə, xlorokinin koronavirus üçün sınaqdan keçərək təsirsiz olduğu təsdiqlənib:

“Həkim icazəsi olmadan bu dərmanı qəbul etmək təhlükəlidir. İbuprofen kimi qeyri-steroid dərmanlar isə uzun müddət qəbul ediləndə mədə və böyrək xəstəliyi olan pasiyentlər üçün təhlükə yarada bilər.

İbuprofen temperaturu azaldıb, qrip kimi simptomları aradan qaldırsa da astma, ürək problemləri və zəif qan dövranı olan insanlar üçün istifadə etmək təhlükəlidir.

COVİD-19 simptomları ilə bağlı ibuprofenin xüsusiyyətlərinə dair tədqiqatlar hələki aparılmayıb. Lakin onun digər tənəffüs xəstəliklərinə təsiri araşdırılarkən məlum olub ki, bəzi hallarda dərmanın qəbulu xəstənin vəziyyətini ağırlaşdıra bilər.

Mütəxəssislərin gəldiyi əsas nəticə budur ki, ibuprofenin iltihab əleyhinə komponenti virusla mübarizədə immunitet sisteminin effektivliyini azaldır.

Analizlər SARS-CoV-2 koronavirus infeksiyasının müalicəsində hidroksixlorokin və xlorokinin istifadəsinin əsassız olduğunu üzə çıxarıb. 

N.İsmayılov onu da bildirdi ki, hazırda qızdırma və boğaz ağrısı kimi simptomları aradan qaldırmaq üçün ən yaxşı vasitə parasetamoldur:

“Qızdırmanız varsa, parasetamol qəbul edin. Əgər başqa səbəbə görə iltihab əleyhinə dərman qəbul edirsinizsə və ya nə edəcəyinizi bimirsinizsə, həkimə müraciət edin".

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO