Azərbaycanda sağlamlıq turizmi niyə inkişaf etmir? – Ekspert SƏBƏBLƏRİ açıb tökdü

Azərbaycanda sağlamlıq turizmi niyə inkişaf etmir? – Ekspert SƏBƏBLƏRİ açıb tökdü

Hazırda oxunan: Azərbaycanda sağlamlıq turizmi niyə inkişaf etmir? – Ekspert SƏBƏBLƏRİ açıb tökdü

117667

Azərbaycanda son illər turizm sahəsində müəyyən inkişaf hiss olunur. Pandemiya dövründə bu sahə ümumən dayansa da, indi yenidən canlanır.

Ölkəmizdə turizmin inkişafı ilə yanaşı, anoloji vəziyyət özünü bu sektorun müxtəlif sahələrində də göstərir. Ancaq qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda sağlamlıq turizm sahəsi nədənsə geniş vüsət almayıb. Halbuki, Azərbaycanda bu sahənin inkişafı üçün də potensial vardır.
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda sağlamlıq turizminin inkişafına xidmət edəcək reklam və tanıtma işləri axsayır:

“Sağlamlıq turizmi sahəsində də Azərbaycanın bölgədəki əsas rəqibləri Türkiyə və Gürcüstandır. Hər iki ölkədə turizmin bu sahəsi də kifayət qədər ciddi inkişaf edib. Halbuki Azərbaycanda təbii imkan və fürsətlər onlarda olandan daha çoxdur.

Əcnəbilərin ölkəmizin tibbi sahəsindən yararlanması üçün Naftalanda müəyyən imkanlar yaradılıb. Burada olarkən Qazaxıstan, Rusiya və Qırğızıstandan müalicə üçün gələn turistləri gördüm. Amma otel ən yaxşı halda 30 faiz dolmuşdu.

Bu da onu göstərir ki, sağlamlıq turizminin inkişafı üçün reklam, tanıtımla bağlı problemlər mövcuddur. Çünki Naftalanda olan xarici turistlərin əksəriyyəti öz dost-tanışından eşidərək, bura gəlirlər. Deməli, həmin sahənin inkişafına təkan verəcək tanıtım, reklam məsələsi axsayır”.

Həmsöhbətimizə görə, hava daşınması və otellərin qiymətinin baha olması da əcnəbi turistləri sağlamlıq turizmi üçün Azərbaycana gəlməkdən çəkindirir:

“Azərbaycana hava daşıması çox bahadır. Gələn xarici turistlər də bundan şikayətlənirlər. Onların dediyinə görə, eyni məsafədə Qazaxıstandan Gürcüstana uçmaq, Azərbaycana uçmaqdan 2-3 dəfə ucuzdur. Otellərin qiymətləri də bahadır.
İki nəfərlik bir gecəlik qonaqlanma Naftalanın yaxşı otellərdə 180-200 manat civarındadır. Bilet pulunu da üzərinə gələndə, 10 günlük Naftalana gəlib-getmək 3500-4000 dollara başa gəlir. Bu problemləri həll edilərsə, Azərbaycan sağlamlıq turizminin potensialından da geniş şəkildə yararlana bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO