Uşaqlarda damaqda aparılan əməliyyatların fəsadları – HƏKİMDƏN XƏBƏRDARLIQ

Uşaqlarda damaqda aparılan əməliyyatların fəsadları – HƏKİMDƏN XƏBƏRDARLIQ

Hazırda oxunan: Uşaqlarda damaqda aparılan əməliyyatların fəsadları – HƏKİMDƏN XƏBƏRDARLIQ

116185

“Yenidoğulmuşlarda üz-çənə nahiyəsinə aid rast gəlinən bəzi patologiyalar adətən anadangəlmə dodaq-damaq yarıqları, xalq arasında “dovşan dodaq” və “qurd ağız” deyilən xəstəliklərdir. Bunlar hamiləliyin ilk günlərində rüşeymdə yaranan pozğunluqlar nəticəsində əmələ gəlir və uşaq bu xəstəliklə doğulur”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsmayıl Fərzəliyev deyib.

Həkim xəstəliyin səbəblərinin müxtəlif olduğunu deyib: 

“İrsi xəstəliklər, hamiləlik dövrünün problemli keçməsi (müxtəlif dərmanların qəbulu, intoksikasiya, bətndaxili hiopksiya, stres və bəzi şəkərli diabet kimi sistem xəstəlikləri), ətraf mühitin çirklənməsi, ananın pis vərdişləri və nəhayət qohum evliliyi və s.
Dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlarda ən çox qidalanmanın pozulması, hava yolu tıxanıqlığı, xırıltılı tənəffüs, nitqin pozulması, çəki itkisi və s. kimi problemlərə rast gəlinir. Mütəxəssisə vaxtında müraciət edilməli və müalicəyə başlanılmalıdır”.

Həkim bildirib ki, qeyd olunan patologiyalarla doğulmuş uşaqlar 17-18 yaşına qədər üz-çənə cərrahlarının, orotdontların, loqopedin və pediatrların daimi nəzarəti altında olmalı, onların müayinə və müalicəsini almalıdır: 

“Dodaq yarıqları üçün uşaqlarda xeyloplastika ilk 3-6 aylarında, damaq yarıqları zamanı isə stafiloplastika və uranostafiloplastika 9-18 aylarında aparılması tövsiyə edilir. Cərrahi əməliyyatlar ümumi anesteziya altında aparılır. Onu da qeyd edim ki, damaqda vaxtından tez aparılan əməliyyat üst çənənin inkişafının pozulmasına, gec aparılanda isə nitqdə pozulmalara gətirib çıxarır”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO