Koronavirus GERİ DÖNÜR?

Koronavirus GERİ DÖNÜR?

Hazırda oxunan: Koronavirus GERİ DÖNÜR?

112152

Çində koronavirusun yenidən geniş yayılması qonşu ölkələri qorxudub. Hindistan hökuməti əhalini diqqətli olmağa çağırıb. İddialara əsasən, növbəti aylarda COVID-19 yenidən dünyanı cənginə alacaq. Buna görə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq.

Ümumdünya Səhiyyə Təşkilatından da bildirilib ki, pandemiya hələ bitməyib, yoluxma və ölüm hallarının artması istisna deyil.

Bəs COVID-19-un ilk yayıldığı yerdən yenidən alovlanması ölkəmiz üçün də təhlükəli ola bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-nın sualını cavablandıran infeksionist həkim Sədiqə Əliyeva söyləyib ki, COVID-19 bizdə artıq digər respirator infeksiyalar qrupuna daxil olub: 

“Bizdə COVID-19 qrip, renavirus və s. kimi respirator viruslar siyahısına daxil olub, mövsümi xarakter daşımağa başlayıb. Düzdür, yoluxduruculuğu var, amma əvvəlki kimi aqressivlik göstərmir. Xəstələrdə digər respirator xəstəliklərdəki əlamətlərlə özünü göstərir”. 

Həkim sosial məsafənin qorunması, əllərin yuyulması kimi qaydalara əməl etməklə yanaşı geyim və qidaya da fikir verməyin əhəmiyyətli olduğuna diqqət çəkib: 

“Hazırda yayılmış xəstəliklərdə təkcə virus yox, eyni zamanda soyuqlama halları da müşahidə olunur. Buna görə, havaya uyğun geyinmək, qidalanmaya fikir verməklə xəstəliyə tez-tez yoluxmaqdan yan keçmək olar. Bol maye, vitaminli qida qəbulu önəmlidir”. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO