''COVAX'' Azərbaycana ayrılacaq vaksinin həcmini açıqlayıb

''COVAX'' Azərbaycana ayrılacaq vaksinin həcmini açıqlayıb

Hazırda oxunan: ''COVAX'' Azərbaycana ayrılacaq vaksinin həcmini açıqlayıb

10723

COVAX platforması ölkələr arasında koronavirus əleyhinə vaksinin bölüşdürülməsi üzrə proqnozunu dərc edib.

Bizim.Media xəbər verir ki, sənədə əsasən, Azərbaycan 506 400 doza peyvənd əldə edəcək.

Qonşu Gürcüstana 214 050, Ermənistana isə 146 400 doza çatdırılacaq.

Vaksinlərin dünyanın 145 ölkəsi üzrə bölgüsü fevral ayında həyata keçiriləcək. Təqdim olunacaq dozalar hər bir ölkədə əhalinin təxminən 3,3 %-nin peyvəndləməsinə kifayət edəcək.

Peyvəndlərin paylanılmasının bu ilin iyun ayınadək başa çatdırılması nəzərdə tutulub.

COVAX-dan qeyd olunub ki, sənəd ilkin proqnozlara əsaslanıb və rəqəmlər dəyişə bilər.

Platforma vasitəsilə “AstraZeneca”, “Pfizer” və onun alman tərəfdaşı “BioNTech” şirkətinin vaskinləri paylanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO