Pandemiyanın bitməsi ilə bağlı qərar qəbul olunacaq - RƏSMİ

Pandemiyanın bitməsi ilə bağlı qərar qəbul olunacaq - RƏSMİ

Hazırda oxunan: Pandemiyanın bitməsi ilə bağlı qərar qəbul olunacaq - RƏSMİ

102465

"Bu gün koronavirusa qarşı müqavimətin artması kollektiv immunitetin formalaşması ilə bağlıdır. Bu iki yolla yaranır. Ya insan xəstələnib sağalır, ya da vaksinasiya olunur". 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda əhalinin təxminən 50 faizi vaksinasiyadan keçib: 

"Xəstələnənlər isə 800 mindən bir qədər yuxarıdır. Bu onu göstərir ki, kollektiv immunitetin formalaşmasında əsas təsir edən faktor vaksinlərdir. Koronavirusun yeni mutasiya olunmuş ştammları meydana gələ bilər.
Virusun təkamülü baş verir. Bunun necə gedəcəyi məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib. Yəqin ki, müəyyən vaxtdan sonra bu məsələlərə baxılacaq və pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO