Gənc şair Adil Nehmətovun Moderator.az -ın poçt ünvanına göndərdiyi "Gecə " şerini oxuculara təqdim edirik:
Gecə
Su kimi saf idi gecə bu gecə,
Qoynuna almışdı dəli küləyi.
Külək oynadırdı onu könlüylə,
Könlü oyadırdı yatmış fələyi.
Gecə sakit idi öz aləmində,
Xəbəri yox idi xain küləkdən.
Külək də məsumdu öz aləmində,
Daxildə uzaqmış hər cür kələkdən.
Gecə ağlamışdı səssiz bu gecə,
Düşünüb hər yalqız, məsum mələyi.
Gecə dua etmiş əl açıb necə...
Qılıncdan kəskindir onun diləyi.
Gecə yaxın idi göylərə gecə,
Arzusu dünyanı tərk etmək imiş.
Gecənin duası qaldı çox gecə,
Çarəsi gecəni tərk etmək imiş...
































































































