Hələ tərif zurnasında xal çalırıq, neçə-neçə yalanlara əl çalırıq...

Hələ tərif zurnasında xal çalırıq, neçə-neçə yalanlara əl çalırıq...

Hazırda oxunan: Hələ tərif zurnasında xal çalırıq, neçə-neçə yalanlara əl çalırıq...

84410









Bağışlama bizi, Vətən!

Bir gör kimlər Türk oğlunu atdan salıb,
Bozqurdlara çalağanlar zəfər çalıb!
Neçə ildir, şəhid qanı yerdə qalıb,
Bağışlama bizi, Vətən, bağışlama!

Torpağımda ağa kimi gəzir dığa,
Mənsə ayaq basammıram o torpağa.
Başımıza göylərindən odlar yağa,
Bağışlama bizi, Vətən, bağışlama!

Deyəcəyəm mən sözümü birbaş kəsə,
Hərə gərək o düşməndən bir baş kəsə.
Biz ki, belə sığınmışıq atəşkəsə,
Bağışlama bizi, Vətən, bağışlama!

Hələ tərif zurnasında xal çalırıq,
Neçə-neçə yalanlara əl çalırıq.
Əl çaldıqca pillə-pillə alçalırıq,
Bağışlama bizi, Vətən, bağışlama!

Əzilirəm qeyrət adlı ağır yükdən,
Taleyimiz asılıbdır bircə tükdən.
Gör nə qədər oğlun-qızın əsirlikdə,
Bağışlama bizi, Vətən, bağışlama!

Nə qədər ki, səhvlər bizə görk olmayıb,
Murdar yağı bu torpaqdan tərk olmayıb.
Demək bizə Türklüyümüz dərk olmayıb,
Bağışlama bizi, Vətən, bağışlama!

Qarı düşmən bu torpaqda basılmasa,
Bayrağımız Xankəndində asılmasa,
Qələbəmiz tarixlərə yazılmasa,
Bağışlama bizi, Vətən, bağışlama!

                                        
Rahil Məmməd 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO