Xalq yazıçısı oxucularını maraqlı kitabla müjdələdi – “Hazırda mətbəədəyəm”

Xalq yazıçısı oxucularını maraqlı kitabla müjdələdi – “Hazırda mətbəədəyəm”

Hazırda oxunan: Xalq yazıçısı oxucularını maraqlı kitabla müjdələdi – “Hazırda mətbəədəyəm”

244413


Xalq yazıçısı Mövlud Süleymanlıxa0 öz orijianal nəsri ilə hamının yaddaşında qalıb. O,xa0 “Köç” romanı və “Dəyirman” povesti ilə Azərbaycan ədəbiyyatına yeni baxış gətirib. Məhsuldar filmoqrafiyası ilə də diqqət çəkən yazıçı hazırda nə ilə məşğul olduğunu, yaradıcılığı barədə Moderator.az danışıb.

Xalq yazıçısı uzun müddətdir ki, “Üzü sənə” adlı publisistik, etnoqrafik, folklor və bioqrafik motivli ikicildlik əsəri üzərində çalışdığını, elə hazırda da onun çap prosesi ilə məşğul olduğunu bildirib:

“Elə hazırda mətbəədəyəm. Son əsərim olan “Üzü sənə”nin birinci cildi hazırdı, çapdan çıxıb. İkinci cildi üzərində işlər gedir. Tezliklə çapdan çıxacaq”.

Xatırladaq ki, yazıçının sonuncu irihəcmli kitabı “Yer üzünə məktub“lar adlanır. Fəlsəfi, etnoqrafik məqamları ilə seçilənxa0 “Yer üzünə məktub” həm də qısametrajlı film ssenarilərindən ibarətdir. Yazıçı onları ekran variantının hazırlanması üçün də təqdim etməyi düşünüb.xa0

Mövlud Süleymanlı sonda bundan sonra da çap olunmayan başqa ssenari, folklar və etnoqrafiyaya aid yazı, hekayələrimi cəmləmək fikrində olduğunu qeyd edib, ovqatından danışıb:

"Səhhətim də, ovqatım da çox yaxşıdır. Göründüyü kimi, elə yaradıcılıqla, yazdıqlarımı cəmləməklə məşğulam. Diqqət üçün təşəkkür edirəm".

MODERATOR.AZxa0




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO