Zakir Fəxrinin dünya ədəbiyyatından etdiyi məşhur poetik tərcümələr...

Zakir Fəxrinin dünya ədəbiyyatından etdiyi məşhur poetik tərcümələr...

Hazırda oxunan: Zakir Fəxrinin dünya ədəbiyyatından etdiyi məşhur poetik tərcümələr...

219438

Aprelin 3-də tanınmış şair, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Zakir Fəxrinin 70 yaşı tamam olur.xa0

Bu münasibətlə Moderator.az yubilayrla bağlı təbrik sözlərinə,xa0 yer ayırıb, yaradıcılığının müəyyən mərhələlərinə aid poetik nümunələri təqdim edir. Bu dəfə Zakir Fəxrinin dünya ədəbiyyatının şedevr nümunələrindən etdiyi poetik tərcümələri oxuculara çatdırır:

Emil Verxarn

Mənim

Qəmli qəlbim
son həqiqəti
Gizlətmədən belə
mənimlə dərdləşmək üçün
Ay ilə əl-ələ
hardan gəlmisən?
Bəlkə, bir uzaq,
ucqar diyardan gəlmisən?
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
***

Mən də o yerlərdənəm...
-şəfəqin sarayları
araşıqlı,
xa0 xa0 xa0 xa0 xa0alov qanadlı
gecə işıqlı,
arzular atlı...

Bax, gör
sabahkı qəbrin üçün
nələr gətirmişəm -xa0
xatirələr, küskün illər gətirmişəm...

Çeslav Miloş

Belə az

Mən ki, belə az dedim
Qısa günlər.

Qısa günlər,
Qısa gecələr,
Qısa illər.

Mən ki, belə az dedim,
Mən yetmədim.

Ürəyim üzüldü
Heyranlıqdan,
Umudsuzluqdan
Bürküdən,
Umud bəsləməkdən
xa0 xa0 xa0 xa0 xa0 Nəhəng ağızda
....Sıxıldım, çeynəndim...
Kimsəsiz adalarda
Çılpaq uzandım
Sahillərdə.
Çəkdi məni özüyləxa0
dərinliklərə,
Dünyanın ağ balinası.

İndi də bilmirəm,
Həqiqət nədə idi.

Hədiyyə

Necə də xoşbəxt gündür...
iş görürdüm bağçada,
xa0xa0
xa0Duman erkən çəkildi.
sarımsaq çiçəkləri üstündə.
xa0
Havadan asılı milçək quşları,
-başlarından alınmışdı huşları.
Heç nə yoxudu yerdə
mənə gərək, var olan.

Dəyməzdi bir kimsəninxa0
paxıllığın çəkməyə
Gərək deyildi kimsə
yaxasına çökməyə.

Unudum həyatda hər şeyi-
Pislik adda var olan.
Nə bir ağrı hiss etdim,
Mən nə də ki, üşündüm.

Necə varam eləyəm –
Utanmadan düşündüm.
Dikələndə göy dəniz,
Bir də ki yelkən gördüm
Bax, beləcə bir gözəl
Bir xoşbəxt ömür sürdüm.

Georq Geym

Ağac

Çəmən qırağındaxa0
Balaca arx yanında
Bir qoca
Palıd ağacı durur, örtkəm
Koğuşu tufandan
Ildırımdan çeynənmiş.
Köklərində qara göyəm
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Gicitkan...
xa0 xa0 ***
Bürkülü axşamlar
Tufan toplaşır.
O ucalır, göyərir.
Küləkdən sarsılmadan,
Tənha bir ömür sürür.
Kimsəyə qısılmadan
Od alır göylərə səssizcə
Bayram edən ildırımlar
Ona çələng hörür.xa0

xa0 xa0 xa0 xa0 xa0***
Yuxarıda
Uçan siçanların tör-töküntüsü,
Aşağı enir
Pərən-pərən
Qaranquşlar.
Dar ağacı tək uzanıb.
Sallanmış,
İldırımdan yanmış.
Çılpaq budaq üstə
Dövrə vurur quşlar
Dəstə-dəstə...
xa0 xa0 xa0 xa0 xa0xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ****
Nə haqda düşünürsənxa0
palıd ağacı?
Tufanların axşam çağında
Arx qırağında?
O haqda ki,
Oraqları qoyub kənara
-günorta
Dincəlir kölgədə
Biçinçi qızlar.
Gövdənmi, budaqlarımmı sızlar,
Düşünürsən nə haqda,
Nə barədəxa0
Böyük kuzə yeriyir dairədə?

V.Şimborska

Şərab dalınca

Məni gözəl etdin
Baxışlarınla,
Özümünkü deyə, götürdüm onu.
Uddum onu ulduz kimi,
Xəlq olundum uydurulmuş
Gözlərdə sevimli oldum.
Gözəlləşdim bir qız kimi...
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ***
Pırvazlanıb rəqs edirəm
Bu nəşədən qanad alıb,
Qanadlanıb,
Qədəh-qədəhlə qaldı
Hazırki masa üstə.
Masa-masa kimi,
Şərab-eləcə.
Özümə də gülməlidi
Hər şey özəyinəcən
Bax beləcə,
Görən deyər dəlidi.

xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ***
Qərənfillərin bürcü üstündə
Onlarla çənə döyürəm
Necə gəldi,
Aşiq qarışqacıqlardan.
Qulaq tut ora bir,
And olsun
Ağ qızıl güllərin
Oxumağı gəlir arabir...
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ***
Boynumu əyib gülürəm
Nəsə kəşf etmişəm guya...
Və rəqs edirəm
Bu qalmaqalda.
Nur saçır arzulardaxa0
Hər şey çox gözəlliklə
Göz qamaşdırıcı bir halda.

xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ***
Gerçək idi
Mənim üçün hamısı,
Tanış idi torpağından,xa0
Daşından...
Həvvaxa0 - qabırğadan;
Kipriada – duzlu dəniz suyunun
xa0Köpüklərindən;
Müdrik Minevraxa0 -xa0
Allahlar atasınınxa0
Başından...

xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ***
Nə vaxt ki, sən
Nəzərini ayırırsan
Yenə
əskini axtarıram divarlarda,
yalnızmismar görürəm,
həmin şəkil asılan yerdə,
orda...

xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0

xa0xa0





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO