Vaxtında ölmədim, indi də gecdi, hər nədi bu ömrü yaşayam gərək...

Vaxtında ölmədim, indi də gecdi, hər nədi bu ömrü yaşayam gərək...

Hazırda oxunan: Vaxtında ölmədim, indi də gecdi, hər nədi bu ömrü yaşayam gərək...

216181
ÇALDIRAN AĞRISI

Necəsən, dərdimi deyəm,xa0
Dağ ərisin, daş yerisin.
Vay o günə, dəli başla,
Üstünə qardaş yerisin.

Heç yana çatmasın əlin,
Alışsın ağzında dilin,
O tərəfdən Sultan Səlim,
Burdan Qızılbaş yerisin.

Açılsın əllərin göyə,
Allah da durmasın yiyə.
«Zalım qardaş»xa0 deyə - deyə
Diyirlənsin, baş yerisin.

Oyan gürzünə tarixin,
Çaxıl gözünə tarixin,
Tüpür üzünə tarixin,
Qoyma bu vərdiş yerisin.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
QARABAĞLIxa0 UŞAQ

Səhər al qanlaxa0 açılır,
Quşlar göydən
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0ölü düşür.
Alışmır güllə səsinə
Budaq qorxur,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0gülü düşür.
Saçı dağılıb alnına,
Sıyrım - sıyrım olub dizi.
Gözlərinin qabağında
Anasının qanlı üzü,
Qaçır qarabağlı uşaq.

Dərd gələndə tək - tək gələr,
Dərd gələndə qoşa gəlməz.
Bir bu qədər xata, bəla
Ağıla gələr, başa gəlməz,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 sanı yoxmu?!xa0
Aşağıdan yer qalxıb,
Yuxarıdan göy enib,
Qışqırığı boğazına,
Gözləri haqqa dirənib,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 sonu yoxmu?! -
Qaçır qarabağlı uşaq.

Axarı sınmış ömürlər,
Zülümdən bezar könüllər,
Ağ alnında qara qada,
Hara qaçsın bu dünyadan?!
Ayaqları heydən düşüb,
Şişibxa0
xa0 xa0 xa0 alnının damarı,
İnsanlar ee...y,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 sizə sarı,
xa0 Qaçır qarabağlı uşaq.
xa0 xa0 xa0 xa0
QAN
xa0xa0
Qana bələyirlər bizim elləri,
Qan deyir torpağı,xa0
Daşı Vətənin.
Üzündə - gözündə qəm yuvalanıb,
Çəkir qovğaları başı Vətənin.

Şeytan ocağına, şər ocağına
Bəlli yelpiklərin küləyi gəlir.
Susuram,xa0
sinəmi deşir ürəyim.
Dinirəm,xa0
ağzımdan qan iyi gəlir.

Bu yurdxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 neçə dəfə qana çəkilib,
Quruyan dəniztək sinib özünə.
Axtarsanxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0Vətənin sərhədlərini,
xa0 Düş tarix boyunca qanın izinə.

Torpağı bölündü yağlı tikə tək
Bu millət içindən sındı beləcə.
Hər gedənxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0gecədə bir itiyi var,

Hər gələnxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 səhərı qandı beləcə.

Gərək qan bağlaya şairin sözü,
Şair əllərini qandan gen tutub.
Gör hansı zamandı,xa0
xa0 xa0gör hansı vaxtdı
Mən qana çapıram,xa0
xa0 xa0 xa0 məni qan tutub.



DÜŞMAN

Vaxtında ölmədim, indi də gecdi,
Hər nədi bu ömrü yaşayam gərək.
Çox da ki gözlərim doyub dünyadan,
Çox da ki soyuyub sinəmdə ürək.

Qarışıb rəngləri, dünyanı daha,
Təkcə ağ - qaraya bölmək çətindi.
Ömrüm uzun çəkdi, düşman qazandım,
Düşman qazandınsa, ölmək çətindi.

Qoymaz gecələri çimir etməyə,
Bəlkə də o məndən sayıqdır ancaq.
Bir gözüm yuxuya getsə də mənim,
Bir gözüm həmişə oyaq qalacaq.

Qalmışıq göz - gözə, səngər - səngərə,
Belə qalasıyıq son günə kimi.
Düşmanlı adamın çıxır ağzından,
Sonuncu nəfəsi son güllə kimi.

Vaxtında ölmədim, indi də gecdi,
Hər nədi bu ömrü yaşayam gərək.
Çox da ki gözlərim doyub dünyadan,
Çox da ki soyuyub sinəmdə ürək.
x0cÇAĞIRIŞ

Bu şeir ötən əsrin 80-ci illərindəxa0 atom müharibəsi təhlükəsinin artığı bir zamanda yazılıb. Nə qədər ki, oxa0 silah var mən bu şeiri aktual hesab edirəm.

Bu günlər söhbətimiz daha uzun,
xa0 xa0 xa0 xa0 xa0 xa0üzümüz daha məhzun,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0başımız daha ayıq.
Bu günlər bir dərdin ayrı üzləritək
xa0 xa0 xa0 xa0 xa0 xa0 yaşayırıq.
Hər şeyə doymadan
xa0 xa0 xa0 xa0 xa0 xa0 baxır gözlərimiz.
Ağır daş kimixa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 asılır dodağımızdan
xa0 xa0 xa0 xa0 xa0 xa0 sözlərimiz.
Bu günlər dünya böyük nəhr kimi
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0qımıldanmada,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 tərpənişdədir.
Analar təşvişdədir.
Gəlin anam soruşur məndən:
xa0 xa0 xa0- Adı nədi, bala, onun,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0atsalar qaçıb bir yanda
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 gizlənmək olmaz?
Üzünə baxmıram.
Dua pıçıldayantək,
xa0 xa0 xa0 xa0 xa0 xa0özümçün qorxmuram,
xa0 xa0 xa0 xa0 xa0 xa0deyir.

Bərəkətli əlləri qoynunda,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 ürəyinin içini yeyir.
Ürəyinin içini yeyir analar,
Evlərimizdə beşik,xa0
qəlbimizdə əbədi ümid var.
Böyük evimizxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0qarpız kimi diyirlənməmiş
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 mavi bir dərədən,
Dayanıb baxmayaq,
yağışa baxantək pəncərədən.
Gecikən atdan salınır.
Dünən keçmişdir,
Bu günün haqqıxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0bu gün alınır.
Heçlik qalın toz kimixa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0sinəmizə enməmiş,
Ölüm
xa0 xa0 xa0 xa0minməmiş yəhərli atına
Özgə işləri atıb,
xa0 əl - ələ tutub
yığışmaq gərək
İNSAN təbəssümlü
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0bir bayrağın altına.

BAHARA ALDANAN ŞAİR

Rəsul Rzanın xatirəsinə

Aparırdıq bahara aldanıb
xa0 xa0 xa0 xa0 xa0 xa0 gedən şairi,
Göynəyirdi yanaqlarımızda
xa0 xa0 xa0 xa0 xa0 xa0 gözümüzdən çıxmayanxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 iki damla yaşın yeri.
Su üzündəxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 yarpaq gedən kimi
xa0 xa0 xa0 xa0 xa0 xa0 gedirdi, gedirdi çiynimizdə -
Təzəcə qopmuşdu budağından.
Buğlananxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 yorğan torpağın,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 nəfəsini duyub gedirdi.
Könül verib sevdiyixa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 böyük dərdlərixa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 qoyub gedirdi.
(Böyük ürəklər
Böyük dərdləri sevir
xa0 xa0 xa0 xa0 xa0 xa0 hər şeydən öncə)

Gedirdi,
xa0 xa0 xa0 Gedirdi beləcə,
bu bir,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 bu iki,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 bu da...
Sonuncu addım.
...Evdə şəklinə baxdım
xa0 xa0 xa0 xa0 xa0 ölənə oxşamırdı
xa0 xa0 xa0 xa0 xa0 xa0şəkildən baxan adam.



FƏXRİYYƏ
xa0 xa0xa0
Zamanıxa0 gələndə,
göylərdən gələr
Ruhuma ruzudu mənim yazdığım.
Bir azca saralıb - solan qürubdu,
Bir az dan üzüdü mənim yazdığım.

Nur kimi təzədi -
vədələr bilməz
Tənqiddən - təftişdən hədələr bilməz.
Yüz eynək dəyişsin, gədələr bilməz
Paşa,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xan sözüdü mənim yazdığım.

Nə olsun,
xa0 xa0 xa0 xa0 xa0 xa0dolaşmır dildə - ağızda,
Gözləyib cücəni sayaq payızda.
Mürəkəb ha deyil bəyaz kağızda,
Qarda qan izidixa0
mənimxa0 yazdığım.

QAYITMIR
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Hüseyn Əfəndinin xatirəsinə

Durub ha çağırım gündə yüz kərə,
Qara torpaqlarda yatan qayıtmır.
Bə sənin yenrinə mənmi utanım? -
Utan, azğın fələk, utan, qayıtmır.

xa0Bu «yarpaq tökümü» başlandı nədən,
Gəlir ayrılıqlar, dostlardı gedən.
Qara sevdalarmı bizi qəhr edən? -
Bəllidi, bu yolu tutan qayıtmır.

Nə yaman gətirdi il bəlaları,
Uçurub aşırdı sel qalaları.
Səni istəyəndə gül balaların
Kim qıyıb deyəcək: - atan qayıtmır.

Hanı qəlbi şüşə, baxışları şən,
Mənimlə çörək yox, ürək bölüşən.
Qor kimi dünyanın gözünə düşən,
Nur kimi gözümdən itən qayıtmır.

Bilməzsənxa0 ürəyim nə haray çəkdi,
Dinib - dilləndikcə dilim vay çəkdi,
Təni torpaq aldı, ruhu göy çəkdi,
Belə mərtəbəyə yetən qayıtmır.

RAHAT YAT

Rahatxa0
xa0 xa0 xa0 xa0 yat,
Qapandı gözlərinxa0
xa0 xa0 xa0 xa0 bir ovuc torpaq deyə.
Qovuşdun artıqxa0
xa0 xa0 xa0 xa0 ulduzlu gecələrdə duyduğunxa0
xa0 xa0 xa0 xa0 qədimliyə.
Qolların quru budaqdır indi
Yaddaşın ağxa0
xa0 xa0 xa0 xa0 xa0varaq.
Rahatxa0
xa0 xa0 xa0 xa0 yat,xa0
Heç vaxt bu qədərxa0
xa0 xa0 xa0 xa0 sənin olmayıb torpaq.
Gəldin,xa0
xa0 xa0 xa0 xa0 varıydı,
Getdin,xa0
xa0 xa0 xa0 xa0 davam edir həyat.
Beşikdəsənmiş kimi
Rahat uyu,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0rahat.




YAŞIDIM BİNA

Sumqayıtdaxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 yaşıdım olan bir bina var,
Binəsi mən doğulan ilixa0
qazılıb,
Alnının ortasınaxa0
xa0 xa0 xa0 1956 yazılıb.
Dər - divarında rüzgarın izləri,
Gecələr par - par yanırxa0
pəncərə gözləri.
Harda olsam,
Harda yaşasam da yenə
O bina alın yazısından
xa0 xa0 xa0 xa0 xa0 xa0 bir köynək daha yaxındır mənə.
İki yol ayrıcında,xa0
daş qüruruyla dayanıb
xa0 xa0 xa0 yaşıdım,
Elə bil arşın udub.
Bənnalar onun kərpiclərini
atıb - tutanda,
Anam da məni qucağında atıb - tutub.
Sumqayıtdaxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 yaşıdım olan bir bina var,
üst mərtəbələri insan yuvası,
altında mağazalar,
xa0xa0 xa0 xa0
bir də bir ovçu dükanı,
balaca.
İntihar fikrinə düşsəm,
silahı o dükandan alacam.
Sumqayıtdaxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 yaşıdım olan bir bina var,
Orta boylu,xa0
qaraqabaq bir binadı.
Yer qaçmasa ayağının altından,
Olmasa özgə bir qəza - filan
bizdən tüstülü xatirələr
danışmaq sarıdan ümidimxa0
təkcə onadı.

HƏRDƏN SƏN OXUMASAN

Alim Qasımova

Alım ağrını, Alim,
Bir az da zildən oxu.
Təzə yaraya dəymə,
Köhnə nisgildən oxu.

Işıqlı bir xəbər ver
Qaralan göy üzündən.
Hərdən sən oxumasan
Dünya düşür gözümdən.

Səsin bilirsən nədir?!
Məlhəm! Yaraya çatdır.
Azıb qalmışam yolda,
Məni Tanrıya çatdır.

Çəkim dərdi sinəmə,
Verim son nəfəs kimi.
Ölüm...dirilm yenə
Bir ilahi səs kimi.

Ağrını alım, Alim,
Kim dedi pəsdən oxu?
Mən deyən yerdən alış,
Mən yanan səsnən oxu.

ÖMÜR HEKAYƏSİ

Vaxt varıydı çarpışırdıq fələklə
Gündüz idi, Gecə idi, Mən idim.
Üç dost olub dolaşırdıq göyləri
Arzu idi , Xəyal idi , Mən idim.

Yaz sovuşdu payız girdi araya,
Ruhumuzu düçar etdi sarıya.
Çaşıb qaldıq yol çatanda yarıya
Qorxu idi, Ümid idi, Mən idim.

Nə gəzəsən sönən odda – ocaqda,
Keçən keçdi, qalan qaldıxa0 uzaqda.
Bir də gördük üçümüzükxa0 otaqda
Həyat idi... Ölüm idi...Mən idim...
BUNUN

Hardan perik düşüb bu quş,
Bə hanı çölləri bunun?!
Bəxtinə güllə açılıb,
Tutulub dilləri bunun.

Axşamın qərib çağında
Dərd solunda, qəm sağında.
Vağam olub budağında
Yaşılı, alları bunun.

Qalan ömrü duman, çənmi,
Baiskarı sənmi, mənmi,
Gözlərindən görmürsənmi,
Talanıb elləri bunun?!
NƏTİCƏ

xa0Var olmağınxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0cəfalarıxa0 çox imiş,
Yox olmaqdanxa0 gözəlxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 heç nə yox imiş.

NƏSİL SÖHBƏTİ I

Fərəhli gözlərindəxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0sonsuz maraq,
Üzləri müjdələrə sarı...
Bir səhərxa0
Bir körpü başındaxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 ayrıldı yolları.
Qayğısız,xa0
xa0 xa0 xa0 xa0 oynaq günlərinxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0ömrü bitdi,
Hərə öz ürəyinin
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 dalınca getdi.
Rastlaşanda dayanıb,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0ötənlərə yanıb,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0köks ötürdülər dərindən.
Əlləri qorxmağa başladıxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0ciblərindən.
Bağlandı biri,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0açıldı başqa pərdə.
Mənim nəslim indixa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0uşaqlarını gəzdirir
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0bayraq yerinə
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0nümayişlərdə.

Körpüdən keçən tək
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0keçib gedir yer üzündən
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0insan axını,
Dünya durur.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0qəlbim qürurla vurur,
Mənim nəslim böyüdürxa0
xa0 xa0 xa0 xa0Dünyanın sabahını.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0

ÖLƏN MİN DƏFƏ DİRİLİB
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Mövlana Cəlaləddin Rumiyə

Gözündən itdim dünyanın,
Gözdən o yanaxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 MƏN varam.
Ən birinci, ən sonuncu
İzdən o yana
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 MƏN varam.

Baxma qübbəsi qurulub,
Ölən min dəfə dirilib.
Üz gizlənməkçün verilib,
Üzdən o yana
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0MƏN varam.

Ruhumun binəsı yoxdu,
Duracaq xanəsi yoxdu,
Sözdən oyanası yoxdu,
Sözdən o yanaxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0MƏN varam.

MƏN SƏNİNLƏ BARIŞDIM

Onsuz günüm gün deyil
Ürək,qəmimlə barış.
Ayrılıq uzaq deyil
Ruhum, tənimlə barış.

Işi əyri dünyada
Düz olan gedir bada.
Ya kor ol görmə,ya da,xa0
Gözüm, nəminlə barış.

Ocaq olub alışdım,
Soyuq külə qarışdım,
Mən səninlə barışdım,
Tale, mənimlə barış.

YARANDIM, YAŞADIM

Özünlə aparma dünyanı belə,
Dayan, a yol gedən, gülbədən öldüm.
Qəbrim qazılanda deyərsən həkim,
Qoy bilsin baiskar mən nədən öldüm.

Endim suya düşən daş tək dərinə,
Keçdim min bir fikrin dişdəklərinə,
Uğundum fələyin işləklərinə,
Bəxtimin üzünə gülmədən öldüm.

Bir çöp də düşməyib hələ gözünə,
Dərdi bizə saxlar, sirri özünə,
Mən niyə gəlmişdim dünya üzünə,
Yarandım...yaşadım...bilmədən öldüm.

NƏSİL SÖHBƏTİxa0 II

Qardaşlar!
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0Bizi sevməyən günlər gəldi,
Ağızda diş seyrələn kimi
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 sıramızxa0 seyrəldi.
Gur yananxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 lampalar idi,
Öləzidi,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 söndü gözümüz,
Bürüşmüş almalara döndüxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 üzümüz.
Alışdıqxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 dostları itirməyə,
Tabutları götürməyəxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 alışdıq.
Yarımız torpaq üstəyik,
Yarımız torpağaxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0qarışdıq.
Qarşıdaxa0
Heç nə gözə dəymir,
Gözləmir bizi
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 nə bir ümid közərtisi,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 nə bir möcüzə.
Aynalarda gəzirik gəncliyimizi,
Aynalarxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 özgələri göstərir bizə.

Artıq
xa0 xa0 xa0 xa0 xa0 xa0yarısökük barıda qalanxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0xa0 xa0 xa0kərpiclər kimi
Gedəcəyimizi yaxındanxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 duyuruq.
Gecələr daha amansızdı,
Gecələr yatanda əlimiz çatan yerə
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 dava – dərman qoyuruq.
Gözəl günlərimizxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xəzəldi indi.
Bağban fələk od vurub yandırır;
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 tüstüsü zil qara.
O tüstünün kölgəsində
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 yazdım bu şeiri.
Bir nüsxəsi sizə çatacaq,
O biri –xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0torpaq olmuş dostlara...



QİBLƏM ÜRƏYİMDİ

Bizi də sayarlar, qəm yemə könül,
Hər kəsin qədrini bir dövran bilir.
Mənim gözlərimdi dərdin məskəni
Yalandı desələr çox ünvan bilir.

Olsa da ömrümə qənim ürəyim,xa0xa0
Qibləm ürəyimdi, yönüm ürəyim.xa0xa0
Bu nə bəladırsa, mənim ürəyim,
Özünü dərd ilə firavan bilir

Elə tez dolandı çarx dediyimiz,
Azaldı – üzüldü vaxt dediyimiz,
Məndən çoxdan dönüb baxt dediyimiz,
Nə Sabir tanıyır, nə Sarvan bilir.

ABBAS ƏMİMİN QIZI

Dağam, dağlarca dərdimlə,
Ayağıma yollar gəlir.
Başımda şimşəklər çaxır,
Gözlərimdən sellər gəlir, -
Abbas əmimin qızı.

Qara buluddan tökülən,
Qara gözümün yaşıdı.
Mən dərdi açıb - bükmürəm
Deməsinlər qoy naşıdı, -
Abbas əmimin qızı.

Başıma yağan daşlardan
Saray yapdım, taxt elədim.
Özüm bədbaxt doğulmuşdum,
Səni də bədbaxt elədim,xa0
Abbas əmimin qızı.xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
xa0***
xa0 xa0 xa0 xa0 Qardaşım oğluna

Ocağı qaralıb, yığvalı dönüb,
Qarışmır fələyin işinə əmin.
Sorur burulğanlar, döyür dalğalar,
Düşüb taleyinin qışına əmin.

Kimin qarğışına büründü adı,
Gözündə - könlündə qaldı muradı.
Yerdə qarışqanı tapdalamadı,
Dəymədi göylərin quşuna əmin.

Arayan günəşsə qar altda gül var,
Canlı neçədisə, o sayda qul var,
Yalandı dünyada nə qədər yol var,
Vurdu bircə - bircə dişinə əmin.

Ruhuma su səpən tək güman idi,
Bu yanlış gümanlar nə yaman idi.
Ömrü burum – burumxa0 toz - duman idi,
Çökür yaddaşına, huşuna əmin.


Çırpına - çırpına könül dad eylər,
Ya sındır şüşətək, ya abad eylə.
Körpəcə cığır sal, hərdən yad eylə,xa0
Dönəndə bir qəbir daşına əmin.

Nə gəzdi, nə tapdı, nəyi qazandı,
Bir quru nəfəsdi, bir quru candı.
Bihudə dolandı, bihudə yandı,
Boşuna yaşadı, boşuna, əmin.
xa0 xa0 xa0
YAŞIM ƏLLİNİ ÖTDÜ

Dustaqsan,xa0xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 yolun olmaz,
Budaqsan,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 gülün olmaz,
Ocaqsan,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0dözəmmirəm,
Bir belə zülüm olmaz,
Yanma,
xa0 xa0 xa0 xa0 xa0 xa0ürək,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0yanma.

Löyün – löyün əsirsən,
Nə ərköyün əsirsən?!
Sən çıraqxa0 keçirməyə
Belə yeyin əsirsən,
Danma,
xa0 xa0 xa0 xa0 xa0 xa0külək,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0danma.

Günlər qumdu, vaxt sumu,
Yuyub aparır qumu.
Yaşım əllini ötdü
Yazdığın yazı bumu?
Dinmə,xa0
xa0 xa0 xa0 xa0 xa0 fələk,xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0dinmə.
SİZ TOR QURUN

Gözlərimin nuru kimi azalır
Üzü qiblə,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 sözü gerçək adamlar.
Hərxa0 görəndə bulandırır könlümü
Qaraniyyət,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0qara milçək adamlar.

Söz danışdım,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0qurnaz – qurnazxa0 baxdılar,
Mən alışdım,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0söləndilər: baxtı var,
Sonda məni inamımdan yıxdılar,
Bu görəcək,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 bu sürüncək adamlar.

Yalmanmağa ətək tapir, əl gəzir,
Işi düşdü,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 şirin – şəkər dil gəzir,
Yaxşıların bağçasında gül gəzir,
Yamanlığaxa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 hazır dibçək adamlar.


Çiynim dönsə,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 əlinizdə daş oyaq,
Hərkəsənin öz yükü var, daşıyaq.
Siz tor qurun,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 mən yol çəkim, yaşayaq,
xa0Ay yarımçıq,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0ayxa0 hörümçək adamlar.



DESİNLƏR

Burdan belə yol yoxuşa dirəndi,
Dərələri aldı duman desinlər.
Sərgilərdə xatirələr danışsın,
Şərqilərdə keçdi dövran desinlər.

Yaşamağa yer qoymadı bu həyat,
Yol üstündə nə qəmginəm, nə də şad.
Haçannandı şair gəzir məxluqat,
Öldürsünlər, sonra «can - can» desinlər.

Tapılmadı bir simsarı, həyanı,
Ürəyini gözlərindən duyanı.
Bəh - bəh ilə bəy deyilən dünyanı,
Bəyənmədi Sabir Sarvan desinlər.


VƏSİYYƏT

Məni kəndimizdə basdırarsınız,
Bir az yola yaxın, hənirə yaxın.
Bitər qəbrim üstə küskün bənövşə,
Gələr qulağıma şırşırı arxın.

Arxamca kölgəmi asıb - kəsənlər
Təzə qeybətlərdən usanmasınlar.
Çalışdım bir ömrü elə yaşayım,
Adımı ananlar utanmasınlar.

Könüllü çəkmədim zəhrimar dərdi,
Neylədim, yapışdı dördəlli məndən.
Qurtulmaq istədim əlindən, amma,
Hər dəfə tərpəndi dərd əlli məndən.

Gözümün nurunu kağıza verdim,
Dizimin gözünü daşlar apardı.
Bir sıxma dən idi ömrüm elə bil,
Töküldü ovcumdan, quşlar apardı.xa0

Məni döyüşçütək xatırlasın qoy,
Dostlarım adımı tutsalar haçan.
Çarpışdım əcəllə ta aramızda,
Bir tük qədərincə yer qalanacan.

Arxayın tapşırın məni torpağa,
Üzü soyuqsa da, daşürək deyil.
Məni göy itirən quşlarxa0 ağlasın,
Özgə gözdən çıxan yaş gərək deyil.xa0

Bu dünya zalıma meydan verəndi
Fağırı gəlib ki, bağrı qanxa0 ola.
Bir gün gətirəndə kim soruşdu ki,
Bir gün aparanda soruşan ola?!

Sıxılar doğmalar biri - birinə,
Baş - başa söykənən qarğılar kimi.
Qanlı misralarım yadigar qalar,
Yaradan açılan sarğılar kimi.

Məni kəndimizdə basdırarsınız
Dədəmin - babamın qəbrinə yaxın.
Bitər qəbrim üstə küskün bənövşə,
Gələr qulağıma şırşırı arxın.

ƏLİMDƏN DÜŞDÜ YERƏ

Nə gözlərimdə işıq,
Nə canımda tab qaldı.
Kəfənimi aldılar,
Iynə qaldı, sap qaldı.

Kağız qələmi yordu,
Dizini yerə vurdu,
Sözlər üzümə durdu,
Çəkmədim, hesab qaldı.

Məni göz görə - görə,
Əcəl apardı gora,xa0
Əlimdən düşdü yerə,
Sizə bir kitab qaldı.

Sabir Sarvan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO