Azərbaycan yazıçıları beynəlxalq ədəbiyyat bayramına dəvət alıblar

Azərbaycan yazıçıları beynəlxalq ədəbiyyat bayramına dəvət alıblar

Hazırda oxunan: Azərbaycan yazıçıları beynəlxalq ədəbiyyat bayramına dəvət alıblar

189729


Nasir-tərcüməçi Nəriman Əbdülrəhmanlı və şair Nurafiz bu il sentyabrın 7-8-də Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində baş tutacaq “Ağ durnalar”x9d ədəbiyyat bayramına dəvət alıblar. Dəvəti yazıçılara Dağıstan Yazıçılar İttifaqının sədri, Dağıstanın xalq şairi Məhəmməd Əhmədov göndərib.

Moderator.az xəbər verir ki, xa0“Ağ durnalar”x9d ədəbiyyat bayramının əsası məşhur Dağıstan şairi Rəsul Həmzətov tərəfindən qoyulub. Mənəviyyat, poeziya və müharibə səngərlərində həlak olanların unudulmaz xatirəsini yad etmək məqsədi daşıyır. Artıq beynəlxalq status almış tədbirdə təkcə Rusiya Federasiyasından deyil, postsovet respublikalardan, eyni zamanda dünyanın bir çox ölkələrindən gələn ədəbiyyat xadimləri iştirak edirlər.

Ədəbiyyat bayramının iştirakçıları iki gün ərzində Dağıstanın görməli yerləri və mədəniyyət abidələri ilə tanış olacaq, oxucular qarşısında çıxış edəcək, ədəbi müzakirələr aparacaqlar.

Elmin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO