Tanınmış yazıçı, tərcüməçi Nəriman Əbdürrəhmanlı “Taclı”x9d adlı yeni roman-triptix ilə oxucuların görüşünə gələcək. “Qurban”x9d , “Könül elçisi”x9d kimi tarixi romanların müəllifi olan yazıçının bu janrda yazdığı sayca üçüncü kitabdır. Qeyd edək ki, romanda müzakirə edilən dövr və tarixi şəxsiyyətlər haqqında təəssüf ki, media və elmi cameədə birmənalı fikirlər səslənmir. Başda böyük dövlət xadimi Şah İsmayıl Xətai olmaqla tariximizin Səfəvilər dövrü kimlər tərəfindənsə məqsədli şəkildə baltalanır. Buna cavab olaraq, bir çox elmi monoqrafiya və məqalələr yazılsa da, bədii mətnin də öz təsir qüvvəsi var. Odur ki, Nəriman Əbdürrəhmanlının “Taclı”x9d romanı vaxtında yazılmış bədii cavabdır. Bəs, romanda oxucular hansı tarixi həqiqətləri görə biləcəklər?
Müəllif Moderator.az-a açıqlamasında oxucuların roman-triptix vasitəsilə bir çox tarixi gerçəkləri öyrənə biləcəyini qeyd edib: xa0
“Romanı yazmağa hazırlaşanda illərlə saysız-hesabsız mənbələrlə tanış olmuşam, salnamələri, xronikaları, məqalələri, bədii əsərləri oxumuşam. Əminəm ki, mənim gördüyüm Şah Xətai də, Taclı Bəyim də, Şah Təhmasib də, digər tarixi şəxiyyətlər də tarixi obrazlarına çox yaxındılar”x9d.
Elmin




























































































