Şair Sabir Sarvanın 60 illik yubileyi qeyd edildi

Şair Sabir Sarvanın 60 illik yubileyi qeyd edildi

Hazırda oxunan: Şair Sabir Sarvanın 60 illik yubileyi qeyd edildi

159358

Sumqayıt şəhər Poeziya Evində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin təşkilatçılğı ilə “Ruhuna ruzidir mənim yazdığım”x9d adlı tədbir keçirilib.
AYB Sumqayıt bölməsinin sədri şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə keçirilən tədbir azyaşlı oxucuların təşəbbüsü ilə baş tutub.xa0
Tədbirdə balaca oxucular Əli Hüseynov, Nəzrin Hüseynova, Zəhra Bəşirova, Zərifə Ataşova, Gülarə Məlikrzayeva, İlkanə Yusifzadə, Aysu Hüseynli, Xoşqədəm Bağıyeva, Nəzrin Ağayeva, Rəqsanə Bayramova və xa0Şəbnəm Quliyeva şairin müxtəlif illərdə yazdığı şeirləri ifa ediblər, kitablarından ibarət sərgi haqqında biblioqrafik xülasə veriblər.
Tədbirdə həmçinin valideyn Şəlalə Bağıyevanın ifasında “Rəqqasə”x9d şeri, balaca rəssam Ayan Ağayevanın şairin yubileyinə həsr etdiyi portreti, Surxay Abdullayevin sazda ifası, o cümədən, şairə Gülnarə Cəmaləddinin yubilyarla bağlı xatirələri böyük maraqla qarşılanıb.xa0
Daha sonra şair Sabir Sarvan şeirlərini oxuyub, oxucuların suallarını cavablandırıb, xatirə şəkli çəkdirib.
Sonda S.Vurğun adına Mərkəzi kitabxanın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova çıxış edərək yubilyarı təbrik edib, xoş arzularını çatdırıb. Uşaqlara və valideynlərə kollektiv adından öz təşəkkürünü bildirib.








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO