"Əvvəllər bu yazını heç kəs oxuya bilməyib"

Hazırda oxunan: "Əvvəllər bu yazını heç kəs oxuya bilməyib"

133519
“AVESTA”x9d (2-ci yazı)
(ərəfə)


Zərdüştlük Şərq fəlsəfəsinin əsas qollarından biri kimi dünya ictimai fikrinin təkamül və təşəkkülündə müəyyən tarixi rol oynamışdır. Tam qətiyyət hissi ilə demək olarki, antik dövrdən başlayaraq ta bizim günlərə qədər elə bir gör-kəmli filosof olmamışdırki, birbaşa və ya dolayısı yolla "Avesta"ya, bu bö-yük abidədə irəli sürülən ideyaların şərhinə, toxunmasın.xa0

Zərdüştün baxışlarında idealizmin, həm də əsasən obyektiv idealizmin müəy-yən rüşeymləri görünməkdədir. Zərdüşt yaxşı başa düşmüşdü rki, insanın yaşadığı aləm fanidir, keçicidir. Lakin bu ötəri dünyada Xeyirlə Şərin müba-rizəsi əbədidir. Əlbəttə, Zərdüştün baxışlarını tam sistemli idealist dünyagö-rüşü kimi qiymətləndirmək də səhv olardı. Biz bunu olsa-olsa, necə deyərlər”x9d, "ibtidai idealizmin" rüşeymləri hesab edə bilərik.

Hər bir cərəyan, təsəvvür və baxışın, habelə dini təlimin, yaranması konkret amillərlə bağlıdır. Qədim dünyanın ən geniş yayılmış, güclü, qüdrətli dinlə-rindən birinin - Zərdüştlüyün yaranıb pərvəriş tapmasına, öz dövrünün "ana dinlərindən" biri səviyyəsinə yüksəlməsinə səbəb nə olmuşdur? Məlumdur ki, qədim əcdadlarımızın sitayiş etdiyi, inanıb tapındığı hadisə və cismlər, canlılar və bitkilər aləmi, uzun əsirlər boyu ilahiləşdirilmiş, müqəddəs tutul-muşdur. İbtidai insanın təsəvvüründə hər bir təbiət hadisəsinin arxasında ruh dayanmış. Hər bir cism canlı bir vücuda çevrilmişdir. Bu cür animist tə-səvvürlər mifik təfəkkür üçün xarakterik hal idi. Təbiət önündə heyrətə gə-lən, qəmlənən, sevinən insanın totemist görüşlərinin tədricən təkmilləşib ya-yılması da elə həmin dövrə təsadüf edir. Təbii haldırki, təbiətə belə kortəbii pərəstiş yeni dinlərin, inancların, inamların yaranması üçün ilk təkan, ilk zə-min olmuşdur. Bu bu, elə bir dövr idi ki, insanlar özlərinin ilk sitayiş ob-yektlərini ”“ öz Allahlarını yaratmağa başlamışdılar.

Allahların yaranması dövrün öz zəruri "tələbatından" irəli gəlirdi.xa0

Beləliklə, qədim dünyanın ilk dinlərindən biri öz vahid Xeyir Allahını yaratdı: bu, Hörmüz (Ahura Məzda) idi. Bizcə, Zərdüştliyin meydana gəlmə səbəblə-rindən ən başlıcası elə bu faktda axtarılmalıdır: çoxallahlılıqdan təkallahlığa keçiddə.

Zərdüştlük əvvəlki dini təsəvvürlərdən və özündən sonrakı dini təlimlərdən əsaslı şəkil dəfərqlənir. Bu fərq Zərdüştün həyat hadisələrinə münasibəti ilə bağlıdır. Doğrudur, Zərdüştün təlimində ardıcıllıq, sistemlilik yoxdur. Onun ideya və mülahizələrində ziddiyyətlər də az deyildir. Qatlardan birində müda-fiə edilən fikir digərində tənqid edilir. Zərdüştün öyüd və nəsihətlərində mən-tiqdən uzaq fikirlər də çoxdur. Bu isə təsadüfi səciyyə daşımır. Çünki, əvvə-la, "Avesta" əsrlər boyu dəfələrlə "redaktəyə" məruz qalmış, ikincisi, zər-düştlüyün özü ardıcıl nəzəriyyə kimi formalaşmamış, üçüncüsü isə, abidənin yarandığı dövrdə kamil, ideal əsərin yazılmasına inam bəsləmək düzgün ol-mazdı.

"Avesta" dövrü şumer-babil ədəbiyyatı barədə söhbət açan tarixçi alim İ.S.Koloçkov göstərir ki, həmin ədəbiyyatdakı "fəlsəfi" mühakimələri öyüd-nəsihətlər, atalar sözləri, məsəllər, mübahisə-dialoqlar, didaktik nəzm və s. təşkil edirdi. Söylənilən mülahizələri "Avesta"nın da bütün mahiyyət və strukturuna aid etmək olar. Əsərin "fəlsəfi" qayəsini Zərdüştün öyüd və öyünclərində, Hörmüz və Əhrimənin qarşılıqlı münasibətini ifadə edən kə-lamlarda, xeyrlə şərin mübarizəsinin təhlilində və s. axtarmaq lazımdır.

Qeyd etdiyimiz kimi, dünya ictimai fikir tarixinin inkişafın da bu böyük abi-də müəyyən rol oynamışdır.
"Avesta"nın Qərbə gəlişi də maraqlı olmuşdur. İlk Avesta mətni (“Videvdad-sadə”x9d) 1723-cü ildə Oksford universitetinin kitabxanasına daxil olub. Əvvəllər bu yazını heç kəs oxuya bilməyib. Yalnız 1755-ci ildə gələcəyin böyük fransız alim Anketil Düperron Hindistana adi bir əsgər kimi gedərkən həmin əsərlə tanış olub. 1762-ci ildə Düperron Fransaya qayıdarkən Kral kitabxanasına bu mətnlərlə yanaşı onlarla əsər təhvil vermişdir. Beləliklə, 1771-ci ildə mətn ilk dəfə fransız, 1976-cı ildə isə Riqada alman dilində çap olunub.

Alman Şairi Höte (1749””1832) özünün “Qərb-Şərq divan”x9dında “Avesta”x9dnın əsas mahiyyəti kimi işığın zülmət üzərindəki qələbəsini qeyd edir.

Psixofizik paralelizmin banisi Teodor Fexner də bu əsərin ideyasından bəhs etmiş, xeyirin şər üzərində qələbə çalmasından vəcdlə söhbət açmışdır.

Təkcə qədim dövr mütəfəkkirləri deyil, həmçinin yeni və ən yeni dövr Qərb filosofları, klassik alman fəlsəfəsinin görkəmli nümayəndələri İ.Kant (1724-1804), G.V.Hegel (1770-1831), L.Feyerbax (1804-1872) Şərq fəlsəfəsinə, ocümlədən "Avesta"ya böyük maraq göstərmişlər.xa0
Kantın "Xalis zəkanın tənqidi" (1781-ci il) əsərinin mahiyyətini təşkil edən antinomiyalar Zərdüştün iki əks başlanğıc haqqındakı qənaətlərini xatırladır. Məlum olduğu kimi, Kant şeylərin öz-özlüyündə olduğu kimi ("şeyözündə") dərkedilmədiyini söyləmiş, yalnız bizim təcrübəmizdə təzahür edən şeylərin dərk edildiyini iddia etmiş, öz antinomiyalarının bütün dövr və hadisələr üçün qeyd-şərtsiz məqbul olduğunu söyləmişdir. Həmin antinomiyalarda Kant deyirdi ki, dünya sonludur - dünya sonsuzdur; hər şey sadədən ibarət-dir - sadə olan heç şey yoxdur; azadlıq mövcuddur - azadlıq yoxdur və möv-cud ola bilməz, deməli, mütləq mənada əbədi və sonsuz olan da yoxdur.xa0

Zərdüştə görə də hər şey yuxu kimi keçicidir, yer üzündə əbədi qalan yalnız Allahdır, Xeyirdir.
Öz yaradıcılığı boyu Şərqdə mədəniyyətin, sivilizasiyanın inkişafını inkar edən Hegel də "Avesta" ya böyük maraq göstərmişdir. Alman idealist fəlsəfə-sinin ən böyük nümayəndəsi işıqla zülmətin mübarizəsinin rəmzi mahiyyəti-nə varmış, Zərdüştlüyü haqlı olaraq naturalist-təbiət dini hesab etmişdir. Hegelin "Avesta" ilə bağlı mülahizələrindəki ən başlıca qüsuru zərdüştlüyü tarixi inkişafdan təcrüd olunmuş şəkildə nəzərdən keçirməsindədir. Hegelə görə, Şərq bəşəriyyətin uşaqlıq çağını yaşamış və bu çağda da donub qalmış-dır, o, hər cür inkişafdan aralı düşmüşdür.
Lakin Şərq fəlsəfəsi, eləcə də "Avesta" Hegel yaradıcılığından izsiz ötüb keç-məmişdir.xa0

Tədqiqatçıların əsaslı mülahizələrinə görə, filosofun başlıca ideya-sının - əksliklərin vəhdəti və mübarizəsi qanununun formulası Zərdüşt təli-mindən qidalanmışdır. Axı iki başlanğıcın - Xeyirlə Şərin, işıqla zülmətin mübarizəsi - əksliyin vəhdəti və mübarizəsi qanunu, bir qədər ibtidai şəkildə olsa da Zərdüşt tərəfindən bəyan edilmişdir. Həm də bu cür ibtidai təlim - "Avesta"nın bütün məğzini, "Avesta" dövrünün bütün sosial mənzərəsini özündə ehtiva edir.

Lakin "Avesta"nın şərhi alman fəlsəfəsinin klassik nümayəndələrinin formu-lası ilə məhdudlaşmamışdır. Bütün nəhəng fikir abidələri tək həmin əsər də özünün əbədi -yaşarı ömrünü müxtəlif mübahisə reakursları qovşağında da-vam etdirməkdədir. Zərdüştlük bəşəri mahiyyət daşıyan bir əsər kimi təhlil olunmaqla yanaşı, çoxdandır ki, mürtəce ovqatlı ideologiyanın, antihumanist pozisiyalı sosiologiyanın da diqqətini cəlb etməkdədir. Abidənin bu cür şər-hinə daha qabarıq şəkildə ən yeni dövr alman fəlsəfəsində, xüsusən Nitsşe yaradıcılığında daha tez-tez təsadüf olunur ki, bu da ayrı bir söhbətin mövzusudur.


Firuz Mustafa
yazıçı-filosof
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO