Nə olar, siz mənə bir ünvan verin,
Doğma
satılmasın, dost satılmasın...
Bu da bir
taledir, elə gün olmur,
Mənim
bostanıma daş atılmasın...
Edirsən,
tənqid et, böhtan söyləmə,
Günəş heç
bir zaman ləkə götürməz!
Evini
yalanla tikən adamlar,
Söz, sənət
mülkünün qədrini bilməz!..
Doğruya
göz yumub hədyan söyləmək,
Düşün, yaraşarmı sənin yaşına?
Həqiqi
fikrimin, doğru sözümün,
Daşı ağır
olub düşüb başına...
Boynuna bir qara zəncir bağlayıb,
Səni qudurdublar, qoyublar dəmə...
Halına
ağbirçək anan ağlayıb,
"Arxalı köpəklər qurd basar" demə...
Dözə
bilirsənsə, bir qədər də döz,
Arxalı olsan da, basaram səni...
Qılıncdan
itidir söylədiyim söz,
Misramın
ucundan asaram səni...
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist






























































































