Mən kuklanı neynirəm, anamı istəyirəm...

Mən kuklanı neynirəm, anamı istəyirəm...

Hazırda oxunan: Mən kuklanı neynirəm, anamı istəyirəm...

123547











Məryəm söylədi qıza: - Sən niyə ağlayırsan?
Hələ uşaq da olsam, qəlbimi dağlayırsan...
Mənim iki kuklam var, gəl birin verim sənə,
Nə olar, əziz bacım, bir azacıq gülsənə...
- Mən kuklanı neynirəm, anamı istəyirəm,
Cavab da vermir mənə, ana, oyan deyirəm...
- Bəlkə, sən acımısan, gəl sənə verim alma...
- Anamı istəyirəm, almanı yada salma...
- Donumu verim sənə, olacaqsan qəşəng qız...
- O don mənə yaraşmaz, əgər qalsam anasız...
- Ağlama, canım, gözüm, yəqin ki, anan yatıb,
Nənən nağıl danışıb, şirin yuxuya batıb...
- Neçə gündür burdayam, hələ o, çox yatacaq?
Soyuqdan da donuram, yoxdu isti bir qucaq...
...Məryəm o məsum qızı, qucaqladı bir daha,
Əllərini qaldırıb, dua etdi Allaha:
- Qadir Allah, bu qıza, nə olar, rəhmin gəlsin,
Sən bir mücüzə göstər, onun da üzü gülsün...
Görürsən, balacadır, çəkə bilmir bu dərdi,
Onun ac, susuz qalıb, ağlaması hədərdi...
...Məryəmin duasını, eşitdi böyük Allah,
Mələkləri çağırdı, çəkdi dərindən bir ah...
Şəhid olmuş anaya, yeni nəfəs göndərdi,
Körpə uşaq qəlbini gülüstana döndərdi...
Ana gözlərin açdı, sonra tutub əl - ələ,
Gözlərində təbəssüm, getdilər Məryəmgilə...

Məzahir Süleymanzadə, tanınmış publisist-şair-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO