Şükür MÜRSƏLOÄžLU
Bu idi ömür dediyin?
Bu idi ömür dediyin?
Doğuldum, yaşadım, öldüm.
Çiyinlərim qabar-qabar,
Min bir yük daşıdım, öldüm.
Çöhrəsi sarı adam,
Günəşin yarı adam,
Yarı şeytan, yarı adam,
Küsdüm, barışdım öldüm.
İstəmirdim ölüm gedim,
Nəyim var ki, bölüm gedim?
Yer üzündə yerbə yerdim,
Göylərdə sayrışdım öldüm.
Ya gecikdim, ya tələsdim,
Ruh oxşayan bir səs idim.
Mən Tanrının bəndəsiydim,
Torpağa qarışdım öldüm.
***
TAPARSAN
Daha yanmır dildən düşən sözlərim,
Yaş odunam çətin bir də közərim.
Bir bulanıq su kimidir gözlərim,
Nə özünü, nə də məni taparsan.. .
Çalış çıxma minalanmış yoluma,
Saat olub zamanıma qurulma”¦
Boş-boşuna sağa-sola burulma.
Düz gedərsən, duman-çəni taparsan”¦
Yanlışlıqda bir naxışdır deyiblər,
Çox yol azan ,qızıldan baxt geyiblər.
Tən yarısan, görünsə də eyiblər,
Öz yarını, öz tənini taparsan”¦
Geniş orman, yaşıl tala, sən deyən,
Nə çox ac at, hamısı da ot yeyən.
Seç birini, qalx belinə, sür öyrən,
Cilovuyla, yüyənini taparsan.
Hər tin başı üzə durur işıqfor,
Gecikərsən, bir az ayıq-sayıq dur.
İmkan olsa xəyalında bir ev qur,
Hər küncündən mənliyini taparsan.
***
Nə olacaq?
Çıxıb getsəm birdə gəlsəm,
Ya gəlməsəm nə olacaq?
Yarı yolda düşüb ölsəm,
Ya ölməsəm nə olacaq?
Canım şəkər, ruhum baldı,
Canım da bu nə əhvaldı?
Qəlb duyğulu, baş ağıllı,
Könül sərsəm, nə olacaq?
Yüz addımdan birin çaşdım,
Demirəm ki, dağdan aşdım.
Deyəm biraz çox yaşadım,
Yarı bölsəm nə olacaq?
Bu nə qüssə ruh payında,
Həm qışın da həm yayın da,
Canım cənnət harayında.
Ya cəhənnəm nə olacaq?
Bu torpağın üzü bərkdi,
Qəbir qəbir əkilibdi.
Dünya özü bir əkilildi,
Mən də ölsəm nə olacaq?
































































































