Nyu-Yorkun məşhur küçəsində Azərbaycan bayrağı ucaldılacaq

Nyu-Yorkun məşhur küçəsində Azərbaycan bayrağı ucaldılacaq

Hazırda oxunan: Nyu-Yorkun məşhur küçəsində Azərbaycan bayrağı ucaldılacaq

99866

18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılacaq.

Bizim.Media xəbər verir ki, bunu “Report.az”a Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli deyib.

O bildirib ki, Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılacaq. Azərbaycan bayrağı 10 gün ərzində burada dalğalanacaq.
Assosiasiya sədri əlavə edib ki, əvvəlki illərdə də Azərbaycanla bağlı bir çox tarixi günlərdə üç rəngli dövlət bayrağımız Nyu-York səmalarını bəzəyib.

Qeyd edək ki, “Bowling Green” Nyu-Yorkun ilk rəsmi parkıdır və nəhəng bayraq meydanı kimi tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO