Oktyabrın 17-də səhər saatlarında Kiyevdə partlayışlar baş verib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə informasiyanı paytaxt meri Vitali Kliçko yayıb.
Onun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda qeydə alınıb.
"Bütün xidmətlər əraziyə yollanıb. Təfərrüatlar sonra. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!", - deyə Kliçko çağırıb.
Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.
Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak paytaxta kamikadze pilotsuz təyyarələrlə hücum edildiyini bildirib.
Bizim.Media