Türkiyənin tanınmış aktyoru dünyasını dəyişdi

Türkiyənin tanınmış aktyoru dünyasını dəyişdi

Hazırda oxunan: Türkiyənin tanınmış aktyoru dünyasını dəyişdi

99612

"Doktorlar", "Arka Sokaklar", "Cənnət Mahallesi", "Kurtlar Vadisi" və "Çiçek Taksi" seriallarında rol alan teatr, kino və serialların aktyoru, 84 yaşlı Demiray Erül dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Şəhər Teatrları yayıb.

"İBB Şəhər Teatrlarının dəyərli sənətçisi, teatr, kino və serial aktyoru Demiray Erülün itkisindən kədərlənirik. Ailəsinə, bütün yaxınlarına başsağlığı veririk”, şərhdə deyilir.
Erülün cənazəsi Bodrum Ortakent Kerem Aydınlar məscidində ikindi namazından sonra Bodrum Ortakent qəbiristanlığında torpağa tapşırılacaq.

18 may 1938-ci ildə İzmirdə anadan olan Demiray Erül sənət fəaliyyətinə Şəhər Teatrlarında başlayıb və uzun müddət bu qurumda müxtəlif tamaşalarda iştirak edib. Rəqsdə istedadlı olan Erül teatrla yanaşı, kino və seriallarda da rol alıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO