Rus yəhudiləri kütləvi şəkildə İsrailə qaçırlar

Rus yəhudiləri kütləvi şəkildə İsrailə qaçırlar

Hazırda oxunan: Rus yəhudiləri kütləvi şəkildə İsrailə qaçırlar

99596

Rusiyanın Ukraynaya təcavüzü və sonrakı səfərbərlik fonunda Rusiyada yaşayan 60 mindən çox yəhudi repatriasiya proqramı çərçivəsində İsrailə getmək qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Guardian” nəşri yayıb.

Mənbə yazır ki, 2022-ci ildə 26 mindən çox yəhudi repatriasiya edilib, daha 35 min nəfər sənədləşmə işlərini gözləyir.

Rusiyada yəhudilərə kömək etmək üçün beş yeni özəl agentlik açılıb. Agence France-Presse-in verdiyi məlumata görə, Rusiyanın müxtəlif regionlarının yerli hakimiyyət orqanlarına vətəndaşların yəhudi mənşəyini təsdiq edən sənədlərin axtarışı ilə bağlı müraciətlərin sayı kəskin artıb.
Rusiyadan gələn repatriantların sayı İsrail hakimiyyətini təəccübləndirib: təxminən hər səkkiz rus yəhudisindən biri ölkəni tərk edib. 

2021-ci ildə 21 min yəhudi Rusiyadan repatriasiya edilib. Ukraynadan isə yəhudi kökləri olan 13.000 nəfər mühacirət edib.

Müharibə başlayandan sonra Rusiyanı, ümumilikdə 200 minə qədər yəhudi tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO