Bir neçə ölkə “Eurovision-2023”də iştirakdan imtina edib

Bir neçə ölkə “Eurovision-2023”də iştirakdan imtina edib

Hazırda oxunan: Bir neçə ölkə “Eurovision-2023”də iştirakdan imtina edib

99566

Bir sıra ölkələr Liverpulda keçiriləcək “Eurovision 2023” mahnı müsabiqəsində iştirakdan imtina etmək qərarına gəlib. Bu siyahıda Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstan yer alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Eurovisionwolrd.com məlumat yayıb.

Müsabiqədə iştirakdan imtina edən ilk ölkə Monteneqro olub. Yerli yayım şirkəti BHRT bu qərarı onunla əsaslandırıb ki, ölkənin sadəcə iştirak etmək üçün kifayət qədər büdcəsi yoxdur. 

Şimali Makedoniyanın MRT telekanalının məlumatına görə, ölkə iqtisadi və enerji böhranlarının yaratdığı yüksək xərclərə görə İngiltərəyə müsabiqə iştirakçısı göndərməyəcək. Eyni zamanda Şimali Makedoniya Junior Eurovision Mahnı Müsabiqəsində iştirakdan imtina etməyib.

Bunun ardınca Bosniya və Herseqovinadan olan BHRT yayım şirkəti iştirak etmədiyini bəyan edib:

“Ölkə 2017-ci ildən maliyyə problemlərinə görə müsabiqədə iştirak etmir. Bu il də, gələn il də yarışa “qayıtmaq şansı” yoxdur”.

Bolqarıstan da müsabiqədə bu il iştirak etməyəcəyini vurğulayıb. 

Bundan əlavə, Sloveniyadan olan iştirakçının qarşıdakı çıxışı şübhə altındadır. Yerli yayımçı RTVSLO-nun idarə heyətinin üzvü Saşo Qribar bu yaxınlarda bildirib ki, müsabiqənin reytinqi ölkədə aşağı olduğuna görə iştirakçı göndərməyəcək. Lakin imtina barədə rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də Avroviziya 2023-ün Liverpulda, M&S Bank Arenada keçiriləcəyi məlum olub. Birinci yarımfinal 9 may 2023-cü ildə, ikinci yarımfinal 11 mayda, final isə mayın 13-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO