Belarusa 9 minə yaxın rus hərbçisi gələcək

Belarusa 9 minə yaxın rus hərbçisi gələcək

Hazırda oxunan: Belarusa 9 minə yaxın rus hərbçisi gələcək

99564

9 minə yaxın rusiyalı hərbçi birləşmiş qoşun qrupunun (BQQ) yerləşdirilməsi çərçivəsində Belarusa gələcək.

Bizim.Media xəbər verir ki, bu barədə İnterfaks agentliyi yazıb.

“BQQ-nin  tərkibində olan rus hərbçilərinin ilk eşelonu Belarus Respublikasına gəlməyə başladı. Köçürülmə bir neçə gün çəkəcək”. Bu fikirləri beynəlxalq hərbi əməkdaşlıq departamentinin rəhbəri, nazirin köməkçisi Valeri Revenko bazar günü tvitində yazıb.

Onun sözlərinə görə, hərbçilərin ümumi sayı 9 min nəfərdən bir qədər az olacaq.

Revenko qeyd edib ki, daha ətraflı məlumat oktyabrın 17-də hərbi attaşelər üçün keçiriləcək brifinqdə veriləcək.

Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə “İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar” birləşmiş qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəldiyini bəyan edib.

Lukaşenkonun sözlərinə görə, bu barədə razılıq MDB-nin qeyri-rəsmi sammitindən sonra Rusiya prezidenti ilə Sankt-Peterburqda keçirilən təkbətək görüş zamanı əldə olunub.

Belarus Müdafiə Nazirliyi qrupun “hərbi təhlükəsizlik sahəsində bərabərliyi təmin etmək və Belarusda sülhü qorumaq üçün” yerləşdirildiyini, həmçinin bu qərarın “dövlətin müdafiəsinin gücləndirilməsi maraqları naminə həyata keçirildiyini” vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO