Prezident Ərdoğan Bartının Amasra rayonunda mədəndə baş verən partlayışdan sonra başsağlığı verən ölkələrlə bağlı paylaşım edib.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, Ərdoğan Bartın acısını paylaşan ölkələrə təşəkkür edib.
“Bartında yaşadığımız acıları paylaşan bütün dost ölkələrə və xalqlara səmimi həmrəyliklərinə görə Türk milləti adından minnətdarlığımı bildirirəm”, deyə o, qeyd edib.
Ərdoğan mesajında Amasra ağrısını paylaşan ölkələrin və beynəlxalq təşkilatların bayraqlarını da paylaşıb.
Bizim.Media
Taziye dilekleri ve geçmiş olsun mesajlarıyla Bartın’da yaşadığımız acıyı paylaşan tüm dost devletlere ve halklarına gösterdikleri samimi dayanışma için Türk Milleti adına şükranlarımı ifade ediyorum. pic.twitter.com/7IIFXUmAop
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 15, 2022