"Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkə hesabında bildirib.
Medvedev Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittiham etməsinə cavab olaraq bu bəyanatın yanlış olduğunu bildirib:
"Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransaya özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, israrla Fransanın Ermənistanı çox sevdiyini deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır. Son açıqlama açıq-aşkar erməni diasporunun rəğbətini qazanmağa hesablanıb".
"İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün - ayıb olsun, cənab Prezident!".
Qeyd edək ki, Medvedev bu ifadəni hər iki dildə yazıb.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiyanı Cənubi Qafqazda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:49 / 15.10.2022
Makronun son bəyanatına Medvedevdən CAVAB – “Ayıb olsun!”
Hazırda oxunan: Makronun son bəyanatına Medvedevdən CAVAB – “Ayıb olsun!”
Hazırda oxunan: Makronun son bəyanatına Medvedevdən CAVAB – “Ayıb olsun!”
99493
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.