Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Türkiyənin Bartın vilayətində mədəndə baş vermiş partlayış nəticəsində yaxınlarını itirənlərin ailələrinə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, tviter hesabında yazıb.
“Bartın kömür mədənində faciəvi insan itkisi ilə bağlı kədərlənirəm. Yaxınlarını itirən ailələrə və bu kədər anında bir araya gələn bütün cəmiyyətə başsağlığı verirəm. Sağ qalanlara və xilasedicilərə ən xoş arzularımı yetirirəm”, - postda deyilir.
Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 40 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:36 / 15.10.2022
Şarl Mişel Türkiyəyə başsağlığı verdi
Hazırda oxunan: Şarl Mişel Türkiyəyə başsağlığı verdi
Hazırda oxunan: Şarl Mişel Türkiyəyə başsağlığı verdi
99468
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.