Erməni general, sabiq deputat Manvel Qriqoryan Dağlıq Qarabağdan ağır vəziyyətdə Ermənistana çatdırılaraq xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Levon Baqdasaryan bildirib.
Baqdasaryanın sözlərinə görə, Qriqoryan 7 oktyabrdan bəri Dağlıq Qarabağda olub. Lakin oktyabrın 20-də vəziyyəti kəskin pisləşib, təcili olaraq Ermənistana aparılıb: “O, qayıtmaq istəmirdi, xəstəxanadan imtina etdi, ancaq həkimlər israr etdilər. İndi reanimasiyadadır".
Xatırladaq ki, Qriqoryan Xocalı soyqırımının törədilməsi, işğal zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.
Bu barədə o, özü 2014-cü ilin noyabrında "Azadlıq" radiosunun erməni bürosuna verdiyi müsahibəsində açıq şəkildə və "fəxrlə" bəyan edib.
Bizim.Media