Avropa İttifaqı İrana qarşı sanksiyalar hazırlayır – SƏBƏBLƏR  

Avropa İttifaqı İrana qarşı sanksiyalar hazırlayır – SƏBƏBLƏR  

Hazırda oxunan: Avropa İttifaqı İrana qarşı sanksiyalar hazırlayır – SƏBƏBLƏR  

99386

Avropa İttifaqı İrana qarşı yeni sanksiyaları nəzərdən keçirir. 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, Avropa Birliyi İranın əmniyyət güclərinin etirazçılara qarşı kobud münasibəti və Ukraynaya qarşı savaşda Rusiyaya PUA satması səbəbilə İrana qarşı yeni sanksiyaların tətbiqinə yenidən baxacaq. 

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri oktyabrın 17-də Lüksemburqda keçiriləcək iclasda İranın təhlükəsizlk qüvvələrinin son aksiyalarda nümayişçilərlə qeyri-insani rəftarına və Ukraynaya qarşı müharibədə Rusiyanı kamikadze dronları ilə təmin etməsinə görə İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsini dəyərləndirəcək. 
Qurumun rəsmisi jurnalistlərə açıqlamasında  İranın güc strukturlarının etirazçılarla davranışının qəbuledilməz olduğunu vurğulayıb.  

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri İrana sanksiya tətbiq edilməsinin münasib cavab olacağı və bazar ertəsi günü qərar qəbul edəcəyi ilə bağlı razılığa gəliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO